Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə201/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   197   198   199   200   201   202   203   204   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

onun geridönməzliyidir
. Belə ki, 
keçmişdə baş verən hadisələr geri qayıtmır. Onları yalnız fikirdə bərpa edib 
canlandırmaq olar, geri qaytarmaq mümkün deyildir. Qeyd olunmalıdır 
ki,zaman mürəkkəbdir və çətin anlaşılır. Hələ vaxtilə Aristotel göstərirdi 
ki, bizi əhatə edən təbiətdəki naməlum hadisələr içərisində ən çox 
namə‟lum olanı zamandır, çünki heç kim bilmir ki, zaman nədir və onu 
necə idarə etmək olar. Bu fikri davam etdirən M.Avqustin yazırdı: «Nə 
qədər ki, məndən zaman haqqında soruşmamışlar. Mənə elə gəlir ki, onun 
haqqında hər şeyi bilirəm, amma məndən zaman haqqında danışmağı xahiş 
edən kimi mə‟lum olur ki, mən onun haqqında heç nə bilmirəm». 
Insanların məkan və zaman haqqındakı təsəvvürləri hər bir dövrdə konkret 
xarakter daşıyır. Onlar müvafiq dövrün təbii elmi və sosial biliklərinin 
səviyyəsi ilə şərtlənir. Tarixi prosesdə elmi biliklər və təcrübə artdıqca bu 
təsəvvürlər də dərinləşir. Bu mə‟nada müasir insanın məkan- zaman 
təsəvvürləri çox geniş diapazona malikdir. Həmin göstərici məkana 
münasibətdə təxminən 10
-20
smdən 10
27
- sm-ə qədərdir. Zaman haqqında 
təsəvvürlər isə 10
-30
saniyədən, 10
17
- saniyəyə qədəri əhatə edir. 
Göründüyü kimi həmin biliklər çox geniş miqyasa, təxminən 47 sıra 
dərəcəsi intervalına malikdir.
1
Müxtəlif fəlsəfi cərəyanlar məkan və zamanı eyni cür izah etmirlər. 
Məsələn, obyektiv idealizmə görə onlar dünya ruhunun, mütləq ideyanın 
məhsuludur. Subyektiv idealizm isə məkan və zamanı insanın duyğuları və 
ağlının törəməsi hesab edir. Fəlsəfi materializm həmin baxışlardan fərqli 
olaraq məkan və zamana materiyanın mövcudluğunun obyektiv formaları 
kimi yanaşır. 
Fəlsəfi fikir tarixində məkan və zamanın izahı birmə‟nalı 
olmamışdır. Bu münasibətdə özünü göstərən çoxsaylı baxışları iki cür 
qruplaşdırmaq olar. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin