161
Engelsin təsnifatındakı hərəkət formaları üç bloka ayrılır:
cansız təbiət, üzvi aləm və cəmiyyət
. Birincidə əsas yeri fiziki və kimyavi
formalar, ikincidə bioloji hərəkət tutur. Üçüncü növ hərəkət isə sosial qa-
nunlara tabedir. Bu üç forma materiyanın inkişafının üç başlıca
mərhələsinə və buna uyğun formalaşan üç əsas sferaya müvafiq gəlir.
Engels tərəfindən hərəkət formalarının təsnifatının verildiyi dövrdən
xeyli müddət keçmişdir.Bu müddət ərzində elm əhəmiyyətli dərəcədə
inkişaf etmişdir. Bununla əlaqədar materiyanın hərəkət formaları haqqında
təsəvvürlər də ciddi surətdə dəyişilmiş və təkmilləşmişdir. Lakin hərəkət
formalarının ənənəvi təsnifatı bu gün də öz əhəmiyyətini itirməmişdir. Bu
təsnifat mühüm dünyagörüşü və metodoloji əhəmiyyətə malikdir. Belə ki,
dünyanın bitkin elmi mənzərəsinin yaradılmasına və elmi biliklərin
sahələrə ayrılması işinə kömək edir. Bununla yanaşı
həmin beş formanın
irəli sürüldüyü dövrdən keçən müddət ərzində təbiətşünaslıq
elmlərində əldə edilmiş böyük nailiyyətlər
hərəkətin formalarını daha da
dəqiqləşdirməyə imkan verir. Məsələn XIX əsrin sonlarından başlayaraq
yeni hərəkət formaları kəşf olunmaqdadır. Bunlardan mikroaləmdəki
hərəkəti, meqaaləmdə hərəkəti və geoloji hərəkət formasını göstərmək olar.
Dostları ilə paylaş: