Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


götürmək lazımdır. Həmin başqa obyekt çıxış nöqtəsi rolunu oynayan



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə194/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   190   191   192   193   194   195   196   197   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

götürmək lazımdır. Həmin başqa obyekt çıxış nöqtəsi rolunu oynayan 
hesablama sistemi adlanır. 
Hərəkət ilə materiyanın ayrılmazlığı ideyası heç də hamı tərəfindən 
birmə‟nalı qəbul edilmir. Xüsusən də XIX əsrin sonlarında radioaktivliyin 
kəşfi sayəsində mə‟lum oldu ki, maddə parçalanarkən böyük miqdarda 
enerji alınır. Bunu əldə bayraq edən bə‟zi fiziklər göstərirdilər ki, materiya 
yox olur, təkcə enerji qalır. Materiyanın enerjiyə çevrildiyini idiia edənlər 
(bunlar energetizm tərəfdarları adlanır) Eynşteynin kəşf etdiyi kütlə ilə 
enerjinin ekvivalentliyi qanunundan (E=ms
2
) öz məqsədləri üçün istifadə 
etməyə çalışırdılar. Məsələn energetizmin banisi, XIX əsrdə yaşamış alman 
təbiətşünası V.Ostvald yalnız enerjinin mövcud olduğunu göstərərək 


158 
yazırdı: «Cənablar sizi bir dəyənək ilə vurduqda nəyi hiss edirsiniz- 
dəyənəyi yoxsa enerjini? Yalnız enerjini hiss edirsiniz».
1
Onun fikrincə insanların materiya kimi qavradıqları əslində enerji-
dir. Beləliklə də o enerjini mütləqləşdirirdi. Əlbəttə, enerji maddi 
obyektlərin qarşılıqlı tə‟sirinin dərəcəsini müəyyən etməkdə mühüm rol 
oynayır. Amma bə‟zən 
müəyyən proseslər öyrənilərkən onların maddi 
daşıyıcısı kölgədə qalır

Əsas diqqət onların enerji tərəfinə yönəldilir. 
Belə mücərrədləşdirmə təbii və faydalıdır
. Məsələn, elementar 
hissəciklərin real strukturu mə‟lum olmadığı dövrdə onların qarşılıqlı 
çevrilməsi prosesləri yalnız enerji mövqeyindən təsvir olunurdu. Lakin 
bunu mütləqləşdirmək olmaz. Əks halda bu proseslərdə sabit kəmiyyət 
kimi qalan enerji substansiya kimi qələmə verilə bilir. Guya bu 
məhvolunmayan, sabit substansiya maddi elementar hissəciklərin törədici-
sidir. Göstərilən vəziyyət daha çox fotonlarla (işıq hissəcikləri) bağlıdır) 
Belə təsəvvür olunurdu ki, guya fotonlar xalis enerjidən ibarətdir. Lakin 
tezliklə mə‟lum oldu ki, fotonlar kiçicik materiya hissəcikləridir. Onların 
təkcə enerjisi deyil, həm də kütləsi vardır. 
Eynşteynin yuxarıda adı çəkilən qanunun gəlincə göstərilməlidir ki, 
o kütlə ilə enerjinin ekvivalentliyini ifadə edir: enerji (E) kütlə (m) ilə işıq 
sür‟ətinin (s) kvadratının hasilinə bərabərdir. Bu qanun göstərir ki, hər bir 
maddi obyekt müəyyən kütləyə və ona uyğun enerjiyə malikdir. Onun 
kütləsi artdıqca, enerjisi də çoxalır və əksinə. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin