Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə190/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   186   187   188   189   190   191   192   193   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Əsas məsələ həmin reallığın 
necə izah edilməsindədir. 
Belə ki, reallığı həm maddi obyektiv kimi, həm 
də mə‟nəvi subyektiv mə‟nada başa düşmək olar. Keçən mövzuda 
göstərildi ki, reallığın obyektiv və subyektiv növləri vardır. Qeyd 
olunmalıdır ki, dünyanın vəhdəti yalnız maddi obyektiv reallığa əsaslanır. 
Bunu elmi nailiyyətlər də sübut edir. Maddə çəkisinin saxlanması qanunu 
və spektral təhlil metodu göstərir ki, yerdə mövcud olan obyektlər ilə səma 
cisimlərinin fiziki qanunları və kimyəvi tərkibi vəhdətdədir. Hətta 
gələcəkdə uzaq kəhkəşanda yerdəki 
cisimlərdən tərkibcə fərqli bir ob-
yekt kəşf olunsa belə, bu fakt dünyanın maddi vəhdəti 
prinsipini poz-
mur. Çünki həmin prinsip konkret obyektlərin empirik xassələri və ya 
qanunauyğunluqlarının oxşarlığını əsas götürmür. Onun mahiyyətini 
materiyanın 
ümumiliyi, ona dünyadakı çoxsaylı xassələrin və 
münasibətlərin vahid maddi daşıyıcısı kimi yanaşılması təşkil edir. 


155 
III FƏSIL 
HƏRƏKƏT. MƏKAN VƏ ZAMAN 
 
1. Hərəkət anlayışı.
Materiya ilə hərəkətin ayrılmazlığı 
Bizi əhatə edən dünyada hər şey daimi hərəkətdədir.
Məsələn, 
səma cisimləri öz orbiti boyunca hərlənirlər. Müxtəlif predmetlərdə 
molekulların hərəkəti baş verir. Canlı orqanizmlərdə fasiləsiz surətdə 
maddələr mübadiləsi gedir. Bundan əlavə onlarda digər fizioloji proseslər 
də özünü göstərir.Ilk nəzərdə hərəkətsiz kimi görünən ürək bir an 
dayanmır, damarlara qan vurur, hərəkət edir. Cəmiyyət həyatından da 
hərəkətə dair çoxlu misallar gətirmək olar. Belə ki,insanların əmək 
fəaliyyətində, siyasi həyatda və mədəniyyətdə daim müəyyən dəyişikliklər 
yaranır. Hətta insanın təfəkkürü də bir yerdə dayanıb durmur. O fikirlərin 
hərəkəti deməkdir.
Deməli dünyada hərəkətdən kənarda olan heç bir obyekt yoxdur. 
Buna görə də hərəkət son dərəcə müxtəlif və rəngarəng növlərdə təzahür 
edir. Bizim sükunət kimi qəbul etdiyimiz mövcudatlar və hallar da əslində 
hərəkətdədir. Məsələn, bizə elə gəlir ki, evdə çarpayıda uzanmış adam 
hərəkətsizdir. Əslində isə o evlə birlikdə böyük sür‟ətlə yer oxunun 
ətrafında fırlanır. Yer kürəsi ilə birlikdə isə günəş ətrafında dövr 
etməkdədir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin