153
Qeyd edək ki, müasir elm tərəfindən irəli sürülən yuxarıdakı
səviyyələri son hesab etmək olmaz. Gələcəkdə təbiətşünaslıq, biologiya və
kosmologiya elmlərinin inkişafı gedişində materiyanın
yeni- yeni
səviyyələri aşkara çıxarılacaqdır. Bütün bunlar materiyanın strukturu
haqqında fəlsəfi müddəanın daha da inkişafına kömək edəcəkdir.
Yuxarıda qeyd olunan struktur səviyyələri inkişafda olan
materiyanın keyfiyyət pillələridir. Onlar qlobal
miqyasda gedən təkamül
prosesinin mərhələlərini ifadə edir. Deməli, materiyanın struktur
səviyyələrinin müəyyənləşdirilməsi sistemli struktur və tarixi yanaşmanın
nəticəsidir. Hər bir struktur pillənin özü sistemli xarakter daşıyır. Bu o
deməkdir ki, sistemin xassələri onu təşkil edən elementlərin xassələrinin
mexaniki məcmusundan fərqlənir. Məsələn,
atomun xassəsi elementar
hissəciklərin xassələrinə, yaxud da populyasiyanın xassəsi onu təşkil edən
növlərin xassələrinə müncər olunmur.
Deməli
Dostları ilə paylaş: