151
Onların gedişində elementar hissəciklər qarşılıqlı
surətdə bir- birinə
çevrilirlər. Nəticədə çoxlu istilik yaranır və ulduzlar enerji şüalandırırlar.
Makrocisimlərin xüsusi tipini planetlər təşkil edir.
Onlar
mürəkkəb quruluşa və geniş məkana malikdirlər. Günəş sisteminə doqquz
planet daxildir. Onların nüvəsi, litosferi, bə‟zilərinin
isə atmosferi və hi-
drosferi vardır. Planetlər və ulduzlar planetlər sistemini təşkil edir.
Müxtəlif ulduzlar və planetlər sistemlərinin, habelə ulduzlararası qaz
dumanlıqlarının məcmusu qalaktikaları yaradır. Hazırda 200- dən çox qa-
laktika aşkar edilmişdir. Yer kürəsi belə qalaktikalardan birinə daxildir.
Nəhayət qalaktikaların çoxsaylı məcmusu cansız
təbiətdə materiya
təşkilinin ən yüksək səviyyəsini- Metaqalaktikanı əmələ gətirir. Metaqalak-
tikaya daxil olan qalaktikalar bir- birindən yüksək sür‟ətlə uzaqlaşırlar. Bu
proses Metaqalaktikanın genişlənməsi adlanır. Kosmoloji mə‟lumatlara
görə Metaqalaktika 20 milyard il bundan əvvəl baş vermiş Böyük Partlayış
nəticəsində yaranmışdır.
Kosmik cisimlərin strukturunun öyrənilməsi materiyanın Yer
kürəsində quruluşu haqqındakı biliklərə mühüm əlavələr edir. Mə‟lum
olmuşdur ki, bir sıra kosmik cisimlər çox yüksək sıxlıq
dərəcəsinə
malikdirlər. Onların bu göstəricisi suyun sıxlığı ilə müqayisədə yüz min
dəfələrlə çoxdur. Yaxud da elə kosmik cisimlər kəşf olunmuşdur ki, onlar-
da seyrəklik yer şəraitindəkindən müqayisə olunmaz dərəcədə çoxdur.
Günəşdə gedən istilik nüvə proseslərinin təhlili də bu qəbildəndir.
Müasir elmin istifadə etdiyi astronomik
cihazlar bizi əhatə edən
dünyada bir- birindən 10 milyard işıq ili (bir işıq ili şüanın saniyədə 300
min km sür‟ətlə il ərzində getdiyi yoldur) uzaqlıqda yerləşən obyektlər
haqqında elmi mə‟lumatlar əldə etməyə imkan verir.
1
Öz quruluşuna görə
Dostları ilə paylaş: