Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Müasir elm  materiyanın mürəkkəb sistemli təşkilini sübut edir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə185/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Müasir elm 
materiyanın mürəkkəb sistemli təşkilini sübut edir
. Onun hər bir 
səviyyəsinin spesifik daşıyıcıları və fəaliyyət qanunauyğunluqları vardır. 
Indi də materiyanın üç başlıca sahəsindəki 
(cansız təbiət, üzvi aləm və 
sosial həyat) əsas struktur səviyyələri nəzərdən keçirək. 
Müasir elm cansız təbiətdə materiyanın aşağıdakı səviyyələrini 
ayırır: submikroelementar, atom, molekul, makrocisimlər, ulduzlar, Qalak-
tika və Metaqalaktika. 
Ən ilkin səviyyə 
elementar hissəciklərin daxilində mövcuddur. Bu 
bir çox cəhətdən hipotetik xarakter daşıyır. Son illərdə elm «fiziki va-
kuum» adlanan sahəni kəşf etmişdir. O sadəcə boşluq demək deyildir. Bu-
rada daim elementar hissəciklərin yaranması və çevrilməsi prosesləri gedir. 
Çox qısa müddət ərzində mövcud olan rezonanslar, «virtual hissəcik»lər bu 
səviyyədədir. Müasir elm 30- dan artıq elementar hissəcik kəşf etmişdir. 
Rezonanslarla birlikdə onların sayı 100- ə gəlib çatır.
1
Elementar hissəciklər müxtəlif sükunət kütləsinə malikdir. Bu 
göstəriciyə görə onlar leptonlara (yüngül hissəciklər), mezonlara (orta 
ağırlıqda olan hissəciklər) və barionlara (ağır hissəciklər) ayrılır. Bunlardan 
əlavə sükunət kütləsinə malik olmayan fotonlar da vardır. 
Ikinci səviyyə atom nüvəsi və atom səviyyəsi
hesab olunur. Atom 
nüvəsi proton və neytron adlanan hissəciklərdən ibarətdir. Onlar birlikdə 
nuklon adlanır. Müsbət yüklü nüvə mənfi yüklü elektron qabığı ilə birlikdə 
atomu təşkil edir. Bunlar çox xırda ölçüyə malikdir. Məsələn, atom 
nüvəsinin diametri təxminən 10
-13
sm, atomun özünün diametri- 10
-8
sm- 
dir. Elektronun ölçüsü 5,6 · 10
-13
sm, kütləsi isə 9,1 · 10
-28
qramdır.
2
Maddi obyektlərdə müxtəlif atomların birləşməsi 
üçüncü səviyyəni

molekul səviyyəsini yaradır. Bizi əhatə edən bütün makrocisimlər molekul-
lardan ibarətdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin