materiyanın hər bir struktur səviyyəsi özünəməxsus keyfiyyətə malikdir. Buna görə də həmin səviyyələrdən birini digərinə
müncər etmək doğru deyildir. Nisbətən yuxarı səviyyəni ondan aşağıda
duran səviyyənin qanunauyğunluqları ilə izah etmək olmaz. Mexaniki ma-
terializm adlanan cərəyan bu cür cəhd göstərərək, materiya formalarının
fəaliyyətini mexanikanın qanunları əsasında izah edir. Əslində mexaniki,
fiziki və bioloji formalar bir- birindən ciddi surətdə fərqlənir. Məsələn,
bioloji həyat üçün səciyyəvi olan (maddələr mübadiləsi, çoxalma, irsiyyət,
qidalanma və s.) hadisələr cansız təbiətdə yoxdur. Buna görə də onları fizi-
ki və ya kimyəvi qanunauyğunluqlarla izah etmək olmaz.
Materiya təşkilinin ən yüksək forması olan sosial həyat (cəmiyyət)
başqa formalardan əsaslı surətdə fərqlənir. Buna görə də buradakı hadisələr və proseslər keyfiyyətcə yeni tipli- sosial qanu- nauyğunluqlar əsasında təhlil olunmalıdır. Materiyanın hər bir səviyyəsinin keyfiyyət spesifikliyini göstərmək
heç də onların bir- birindən təcrid edilməsi deyildir. Nəzərdə tutulmalıdır
ki, bütün səviyyələr üçün ümumi olan qanunauyğunluqlar vardır (məsələn,
sonrakı bölmələrdə nəzərdən keçiriləcək dialektikanın qanunları bu
qəbildəndir). Digər tərəfdən müxtəlif struktur səviyyələr bir- birilə sıx
qarşılıqlı tə‟sirdə çıxış edir. Buna məhəl qoymamaq doğru olmazdı. Çünki,
hər bir səviyyəyə xas olan cəhətlər ondan yüksəkdə olan səviyyələrdə bu
və ya digər dərəcədə özünü göstərir. Məsələn, mexaniki səviyyənin əsas
əlamətləri bütün başqa səviyyələrdə çıxış edir. Digər tərəfdən mürəkkəb
səviyyələrin bə‟zi ünsürlərini aşağı formalarda müşahidə etmək olur.
Materiya təşkilinin struktur səviyyələrinin və onlar arasındakı
qarşılıqlı tə‟sirin öyrənilməsi fəlsəfənin çox mühüm problemi olan
dünyanın vəhdəti prinsipinin izahında böyük rol oynayır.
154
Fəlsəfədə belə bir fikir geniş yayılmışdır ki, dünyadakı predmetlərin
və proseslərin vəhdəti onların real mövcudluğundadır. Bu fikir özü-
özlüyündə demək olar ki, doğrudur. Lakin bu ümumi tərəfi, yə‟ni təkcə
real mövcudluğu qeyd etməklə iş bitmir.