Yeni dövr fəlsəfəsində hərəkətə materiyanın ən mühüm xassəsi kimi yanaşılırdı . F.Bekon yazırdı: «Bizə mə‟lum olan cisimlərdə həqiqi
sükunət yoxdur, onlar yalnız zahirən sükunətdə görünürlər».
2
Bu dövrdə
mexanika sür‟ətlə inkişaf etdiyindən bütünlükdə hərəkət mexaniki
hərəkətdən ibarət hesab olunurdu. Məsələn, Dekart materiya ilə hərəkəti
ayrılmaz əlaqədə götürürdü. Lakin o materiyanı müstəqil yaradıcı qüvvə
kimi təsəvvür edirdi. Bütün hərəkəti mexaniki hərəkətə müncər edir və
göstərirdi ki, yalnız o materiyanın həyatının ifadəsidir.
Materiyanın əzəldən fəal qüvvə olduğu fikri də həmin dövrün
məhsuludur. Onun
banisi C.Toland ilk dəfə mistik (sehrli) ilkin təkan nəzəriyyəsini alt- üst etdi. Beləliklə də XVII əsr materializmində hərəkəti materiyanın ayrılmaz xassəsi kimi izah edən baxış yarandı .
XVIII əsr fransız materialistləri (Lametri, Didro, Helvetsi, Holbax) ilk dəfə
belə bir fikir irəli sürdülər: materiya hərəkətsiz mövcud deyildir. Hərəkət
materiyanın mövcudluq üsuludur.
Hərəkət haqqında tə‟limin inkişafında Hegel xüsusi yer tutur. O
öz sələflərinin hərəkəti metafiziki və mexaniki anlamasını aradan qaldırdı. Hegel həm də göstərdi ki, hərəkətin mənbəyini ziddiyyət təşkil edir. O hərəkətin əsas qanunlarını kəşf etmişdir.
Hərəkət daxilən ziddiyyətlidir. O dəyişkənlik ilə sabitliyin,
mütəhərriklik ilə sükunətin ayrılmaz vəhdətidir. Belə ki, obyektlərin
xassələri və münasibətlərinin dəyişilməsi gedişində bir tərəfdən müəyyən
momentlər saxlanılır, digər tərəfdən hər bir sükunət, dayanıqlılıq hərəkət
vasitəsilə özünü göstərir. Dünyadakı hadisələrin sonsuz axınında hərəkət
heç vaxt dayanmır. Bununla yanaşı onların hər biri nisbi sükunətdədir.
1
Аристотель. Сочинения. В 4 т., т.1, М.,1975, с.289.
2
Бекон Ф. Новый органон. М.,1938, с.219.