Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Müasir elm bu qəbildən olan baxışların yanlış olduğunu



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə196/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   192   193   194   195   196   197   198   199   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Müasir elm bu qəbildən olan baxışların yanlış olduğunu 
sübut edir. 
Hərəkət yaradılmır. O həm də məhvedilən deyildir. O yalnız bir 
formadan digərinə çevrilə bilir
. Həm də bu çevrilmə zamanı kütlənin və 
enerjinin saxlanması qanunları tam fəaliyyət göstərir. 
Metafizik materializm materiyanı hərəkətdən ayırmağa çalışır. O 
materiyanı passiv şəkildə qələmə verir. Onu öz daxili hərəkət mənbəyindən 
kənarda götürür. Nəticədə onun bir çox tərəfdarları dünyanı və təbiəti izah 
edərkən fövqəltəbii ilahi qüvvələrin köməyinə müraciət etməli olurlar. 
2. Hərəkətin tipləri və formaları 
Yuxarıda deyildiyi kimi hərəkət son dərəcə müxtəlif və mürəkkəb 
dəyişiklikləri əhatə edir. Onun iki əsas tipi vardır. 
Hərəkətin birinci tipi
predmetin öz daxilində gedən dəyişiklikləri ifadə edir. Bu nə deməkdir? 
Məsələ bundadır ki, adi danışıqda biz dünyadakı obyektləri bir- birindən 
ayrı, lakin qarşılıqlı tə‟sirdə olan predmetlər kimi təsəvvür edirik. Bundan 
fərqli olaraq fəlsəfə göstərir ki, hər 
bir predmetin özü proses kimi çıxış 
edir
. Belə ki, stol, stul, otaq və sair sadə əşyalar da fəlsəfi təhlil 
baxımından proses deməkdir. Çünki onların hər birində daim dəyişikliklər 
baş verir. Bu mə‟nada obyektlər fasiləsiz hərəkətdədir. Lakin bu fakt 
onların müəyyən nisbi sabitlikdə olduğunu istisna etmir. Əks halda heç bir 
əşyanın keyfiyyəti, sabit xassələri haqqında fikir yürütmək olmazdı. Başqa 
sözlə obyektlərin birini digərindən fərqləndirmək qeyri- mümkün olardı. 
Deməli, hərəkətin 
birinci tipi obyektlərdə onların keyfiyyətinə toxun-
mayan, onların təbiətini və müəyyənliyini pozmayan dəyişiklikləri 
əhatə edir
. (Onlar bir növ gizli baş verir və o qədər də nəzərə çarpmır). 
Hərəkətin 
ikinci tipi 
elə dəyişiklikləri ifadə edir ki, onlar predmetin 
keyfiyyətinin təzələnməsinə, yenisi ilə əvəz olunmasına gətirib çıxarır. Bu 
proses ya sözügedən predmetin parçalanaraq məhv olması (öz keyfiyyətini 
itirərək bu yolla yeni keyfiyyət əldə etməsi) kimi, ya da onun inkişaf 
edərək daha mürəkkəb obyektə çevrilməsi kimi özünü göstərir. Hərəkətin 
ikinci tipi inkişaf prosesi ilə sıx bağlıdır. 
Hərəkətin həm də müxtəlif formaları vardır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin