2. Materiya və onun xassələri haqqında baxışların təkamülü Fəlsəfi fikir tarixində materiya haqqında bilik və təsəvvürlər uzun
inkişaf yolu keçmişdir. Bu prosesdə materiyanın konkret- hissi xassələrə
görə izahı tədricən arxa plana yönəlmişdir. Onun
yerini materiyanın mücərrəd, ümumi anlayış kimi səciyyələndirilməsi tutmuşdur . Hələ
antik dövrdə belə bir fikir yaranmışdı ki, bütün maddələr atom adlanan
kiçik bölünməz hissəciklərdən ibarətdir. XVII- XVIII əsrlərdə bu ideya
daha da inkişaf etdi. Bu dövrdə həm də materiyanın mütləq sıxlığa malik
olan, bölünməz və daim hərəkət edən atomlardan təşkil olunduğu praktiki
aşkar edildi. Təbiətşünaslıqda baş verən kəşflər də bu ideyaya əsaslanırdı.
Məsələn, I.Nyuton ona arxalanaraq kütlə anlayışını və dinamikanın inkişaf
qanunlarını kəşf etdi. Həmin dövrdə baş verən kəşflər (molekulyar istilik
nəzəriyyəsi, maddə tərkibinin saxlanması qanunu, elementlərin dövri sis-
temi və s.) də bu ideyanı sübuta yetirirdi.
Materiya anlayışı həcminə görə çox genişdir. Buna görə də onu
müəyyənləşdirərkən başqa konkret anlayışlarda tətbiq olunan cinsə və növ
fərqinə görə tə‟rif vermə üsulu yaranmır.
Odur ki, materiyanı onunla eyni səviyyəli digər anlayışlar ilə münasibətini göstərmək yolu ilə müəyyənləşdirmək mümkündür. Belə anlayış şüur anlayışıdır . Buradan
aydındır ki, materiyanın izahı onun şüur ilə münasibətini göstərmək
deməkdir. Bu istiqamətdə
XVIII əsr fransız filosofu A.Holbax ilk uğurlu
cəhd etmişdir. O göstərmişdir ki, materiya insanın şüurundan kənarda,
şüura qədər, şüur ilə yanaşı və şüurdan asılı olmayaraq mövcud olan ob-
yektiv reallıqdır. XX əsrin əvvəllərində V.Lenin bu tə‟rifə materiyanın hiss
üzvləri vasitəsi ilə bizə «bəlli olması» və «dərkedilən olması»
keyfiyyətlərini əlavə etmişdir.