Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə175/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   171   172   173   174   175   176   177   178   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

(özündə varlıq) kimi çıxış edir
.
Varlığın ikinci modusu 
özü üçün varlıq 
adlanır. Onun tərkibinə 
bütün universium, məcmu reallıq daxildir. O öz təbii əlaqələri və daxili 
qanunauyğunluqları üzrə inkişaf edir. Həmin modus təbiətin bütün 
səviyyələrini (mikro, makro və meqaaləmi) əhatə edir.


142 
Nəhayət varlığın üçüncü modusu (növü) aşağıdakı 
ilə 
səciyyələnir. O insandan asılı olmayan mövcudatdır. Bu mövcudat insan ilə 
real qarşılıqlı tə‟sirə daxil olur və fəaliyyət obyektinə çevrilir.
1
Beləliklə, varlıq kateqoriyası çox mürəkkəb xarakter daşıyır. Onun 
məzmunu digər fəlsəfi anlayışlar ilə nisbətdə götürdükdə real konkret 
mə‟na kəsb edir. 
Buraya dünyanın vəhdəti və bu vəhdətin əsası, 
dünyadakı dəyişiklik və inkişafın nizamlılığı və qanunauyğunluğu, 
bütövlükdə dünyanın sistemli xarakter daşıması, yoxsa ayrı- ayrı 
mövcudluqların mexaniki məcmusu olması və digər məsələlər daxildir

Həmin məsələlərin izahındakı müxtəlifliyə görə fəlsəfi konsepsiyalar 
materializmə və idealizmə ayrılırlar. Məsələn, materializmə görə maddi, 
təbiət varlığı əsasdır, bütün yerdə qalan formalar ondan törəmədir. Obyek-
tiv idealizm mütləq ruhu, obyektiv varlıq və bütün formaların əsası hesab 
edir. Subyektiv idealizmin mövqeyincə isə məhz subyektiv varlıq birinci 
və əsasdır. 
1
Bax: Ильин В.В. Философия. М.,1999, с.166- 167. 


143 
II FƏSIL. 
MATERIYA ANLAYIŞI.
MÜASIR ELM MATERIYANIN QURULUŞU HAQQINDA 
 
1. Materiya və substansiya anlayışları 
Bizi əhatə edən aləmə nəzər saldıqda gözümüz qarşısında müxtəlif 
predmetlər (dağ, meşə, səmadakı ulduzlar və s.) canlanır. Onların 
özünəməxsus xassələri və münasibətləri vardır. Bu rəngarəngliklə yanaşı 
dünyadakı obyektlər həm də ayrılmaz vəhdətdədir. Beləliklə də varlıq 
bütöv bir tam kimi çıxış edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin