Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Insanın varlığı son dərəcə spesifik olması ilə səciyyələnir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə172/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   168   169   170   171   172   173   174   175   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Insanın varlığı son dərəcə spesifik olması ilə səciyyələnir
. Belə 
ki, o hər iki varlıq dünyasına (maddi və mə‟nəvi) mənsubdur. Bir tərəfdən, 


140 
insanın bədəni maddi, təbii və bioloji qanunlara tabedir. Bu mə‟nada o 
mexanika qanunlarının fəaliyyət göstərdiyi təbiət hadisələrindən demək 
olar ki, fərqlənmir. Eynilə də insan bədəni bioloji orqanizm kimi bitki və 
heyvanlara xas olan ümumi əlamətlərə malikdir. 
Digər tərəfdən
insan 
varlığı təkrarolunmazdır. Onun şüuru, psixiki dünyası, düşünmə qabiliyyəti 
vardır. Məhz öz zəkası sayəsində insan bütün başqa canlılardan fərqli ola-
raq passiv şəkildə mövcud olmaqla kifayətlənmir. O dünyanın varlığı, 
haqqında o özünün orada özünəməxsus yeri haqqında düşünür, mühakimə 
yürüdür. 
Qeyd olunmalıdır ki, 
insanın yuxarıda qeyd olunan ikili varlığı 
bir- birindən ayrılmazdır. Belə ki, fiziki, təbii, maddi reallığa malik 
olmayan insanın subyektiv reallığından danışmaq gülünc olardı
. Eləcə 
də subyektiv keyfiyyətlərə malik olmayan insanı təkcə cismani reallığına 
görə insan adlandırmaq doğru deyildir. Buradan aydındır ki, insanın təbii 
əşyalar aləmində mövcudluğu ilə spesifik subyekt kimi mövcudluğu biri- 
digərini tamamlayır. 
Varlığın digər forması 
mə‟nəvi varlıqdır.
O da daxilən 
mürəkkəbdir, 
iki yerə ayrılır: subyektiv mə‟nəvi varlıq və 
obyektivləşdirilmiş mə‟nəvi varlıq
. Birinciyə insanın daxili psixiki 
dünyası daxildir. Bu hər bir fərdin şüurunun məhsullarını və səviyyələrini 
əhatə edir. Onun tərkibinə ayrıca bir insanın bilik və baxışları, şüuru, qeyri- 
şüuri hadisələri, instinktləri və nəhayət mənlik şüuru daxildir. 
Bundan fərqli olaraq obyektivləşdirilmiş mə‟nəvi varlıq bir 
fərddə deyil, bütövlükdə insanlar arasındakı münasibətlərdə təzahür 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin