Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


di. Bununla əlaqədar olaraq varlıq haqqında tə‟lim reallıqla sıx bağlı



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə168/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   164   165   166   167   168   169   170   171   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

di. Bununla əlaqədar olaraq varlıq haqqında tə‟lim reallıqla sıx bağlı 
xüsusi nəzəriyyə kimi inkişaf etməyə başladı. 
Sonrakı dövrlərin fəlsəfi 
fikrində (xüsusən də klassik alman fəlsəfəsində) varlıq anlayışının izahına 
dair bir sıra maraqlı fikirlər söylənilmişdir. Lakin varlıq problemi məhz 
XX əsrdə mütəfəkkirlərin əsl diqqət mərkəzinə çevrilmişdir. Bu təsadüfi 
deyildir. Həmin dövrdə sivilizasiyanın ümumi tələbinə uyğun olaraq 
«düşünən insan» ictimai fikirdə ön plana keçir
. Beləliklə də varlığın 
yeni tərəfləri (birinci növbədə isə insanın varlığı) təhlil edilir. Ilk dəfə ola-
raq obyektiv varlıq ilə insan «Mən»-inin varlığı mə‟nalandırılır. Onların 
hər ikisinin ümumi varlıq kontekstində mühüm rolu açıqlanır. 
Insanın varlığı donuq və dəyişməz deyildir, o fasiləsiz 
təkmilləşmədədir. O öz varlığında daim humanist keyfiyyətlərə 
(xeyirxahlıq, vicdanlılıq, şərəflilik, ağıllılıq və s.) can atır. Bu cür 
cəhdlərdən kənarda demək olar ki, əsl insan varlığı yoxdur. 
F.Nitsşenin 
obrazlı dediyi kimi insan olmaq uçurumun kənarında rəqs etməyə 
bənzəyir
. O daim təkcə ətrafa deyil, həm də özünün sonsuz daxili aləminə 
nəzər salmalıdır. 
Ümumiyyətlə götürdükdə varlıq sabit deyildir. Ən möhkəm kristal-
lar, nəhəng ulduz topaları, bitki, heyvan və insan cəmiyyəti yoxluqdan 
varlığa çevrilmişlər, yə‟ni müəyyən dövrdə meydana gəlmişlər. Digər 
tərəfdən onların varlığı müvəqqətidir. Az və ya çox müddət keçdikdən so-
nra onlar məhv olur, yə‟ni yoxluğa çevrilir. Onların yerinə varlığın yeni 
formaları yaranır. Bu mə‟nada kainat daim təzələnməkdə olan, yaşayan 
məhv olan və yenidən doğulan canlı orqanizmi xatırladır. Bizi əhatə edən 
varlığın bütün konkret predmetləri və prosesləri keçicidir, müvəqqətidir. 
Onlar az və ya çox müddət keçdikdən sonra «qeyri- varlığa» (yoxluğa) 
çevrilirlər. Təsadüfi deyildir ki, Hegel onu «məhv olmaqda olan varlıq», 
«qeyri- varlığa keçməkdə olan varlıq» kimi səciyyələndirirdi. Bunun 
nəticəsində dünyada hər şey təşəkkül tapmaqda, formalaşmada olan proses 
kimi çıxış edir. Onun fikrincə varlıq bu təşəkkül tapma, formalaşma prose-
sinin ilkin şərtidir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin