formalarının bu gün üçün mə‟lum olmaması onların gələcəkdə reallığa çevriləcəyini istisna etmir. 2. Fəlsəfi fikir tarixində varlığın izahı Varlıq anlayışının müasir məzmunu və mahiyyətini aydın bilmək
üçün onun fəlsəfi fikir tarixində qoyuluşunu qısa da olsa nəzərdən
keçirmək lazımdır. Əvvəlcədən deyək ki, müxtəlif dövrlərdə bu məsələnin
izahı birmə‟nalı olmamışdır.
Fəlsəfə tarixində hələ qədimdən başlayaraq filosofların bir qismi
belə hesab edirdilər ki, varlıq anlayışı dünyanın əsl əhəmiyyətini açır.
O hadisələr dünyasından gerçəkliyə nəzər salmağa imkan verən pəncərə rolunu oynayır . Başqalarının fikrincə isə varlıq mə‟nasız anlayışdır, linq-
vistik anlaşılmazlıqların məhsuludur. O ən yaxşı halda zəkanın əks etdir-
diyi şeyləri görmək imkanı verir.
1
Antik fəlsəfədə onu dünyanın ilkin əsasında duran təbiət hadisələri
kimi (su, hava, od və s.) izah edən baxışlar geniş yayılmışdı. Bundan əlavə
varlığı ümumi universallıq, mücərrəd mahiyyət (apeyron, allah) hesab edən
nöqteyi- nəzər də mövcud idi.
Qədim Yunan fəlsəfəsinin bir qolu
olan Eleya məktəbinin nümayəndəsi Parmenid (bizim e.ə. 574-501) göstərirdi ki, yalnız varlıq
vardır, qeyri- varlıq isə ümumiyyətlə yoxdur. «Varlıq» hərəkət etmir.
Parmenidə görə varlıq yaranmır və məhv olmur, o əbədi mövcuddur. O
dəyişməzdir, mükəmməldir. Səthindəki hər bir nöqtəsinin mərkəzdən eyni
məsafədə yerləşdiyi kürəyə bənzəyir.
2
Varlığın hərəkətsiz olduğu fikri ilk
nəzərdə qəribə görünür. Ona görə ki, insanların gündəlik həyatında əyani
surətdə rastlaşdığı faktlara və hadisələrə uyğun gəlmir. Axı hər bir adamın
gözü qarşısında həm təbiətdə, həm də cəmiyyətdə müxtəlif predmet və
hadisələr yaranır, müəyyən müddət yaşayır və sonradan məhv olurlar. Elə
götürək cəmiyyət həyatını. Burada hər gün on minlərlə adam ölür və
yeniləri doğulur. Yaxud da yetmiş ildən artıq qüdrətli ölkə kimi tanınan
SSRI bir neçə ilin ərzində tamamilə yox oldu. Onun yerinə müstəqil
dövlətlər əmələ gəldi. Məsələ bundadır ki, Parmenid varlığa konkret əşya
və hadisə kimi deyil, ümumi mövcudat kimi yanaşırdı.