Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Deyilənlərdən aydın olur ki, mütləq mə‟nada «varlıq» və «qeyri-



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə169/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   165   166   167   168   169   170   171   172   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Deyilənlərdən aydın olur ki, mütləq mə‟nada «varlıq» və «qeyri- 
varlıq» (yoxluq) anlayışları fəlsəfi planda ağlasığmazdır
. Çünki bu gün
var olan hər hansı obyekt, sabah yoxluğa çevrilə bilir. Və əksinə bu günkü 
yoxluq bir müddətdən sonra bizim əyani hiss etdiyimiz varlıq ola bilər. 


138 
Odur ki, varlıq və yoxluq anlayışları çox vaxt nisbi mə‟nada işlənilir və 
bir- birinə qarşı qoyulur.
Ümumiyyətlə fəlsəfə tarixində varlıq problemi hər bir dövrün 
şəraitinə və ümummədəni inkişaf səviyyəsinə müvafiq surətdə 
anlaşılmışdır
. Bununla yanaşı bu və ya digər mütəfəkkirin dünyagörüşü, 
onun mənsub olduğu cərəyanın xarakteri də varlığın izahına öz tə‟sirini 
göstərmişdir. Yuxarıdakı iki amilin rolu varlığın növlərə ayrılmasında daha 
aydın görünür. 
Bu münasibətdə aşağıdakı bölgülər geniş yayılmışdır

Maddi varlıq- ideal varlıq, həqiqi varlıq- uydurma varlıq, insana müyəssər 
olan varlıq- insana müyəssər olmayan varlıq, mücərrəd varlıq- konkret 
varlıq; mövcud olmalı olan varlıq- mövcud varlıq; əyani varlıq- sehrli 
varlıq, aktual varlıq- potensial varlıq və s. 
3. Varlığın əsas formaları və səviyyələri 
Yuxarıda qeyd olundu ki, dünyada sonsuz sayda konkret mövcudat-
lar vardır. Onların hər biri digərlərindən fərqli, özünəməxsus əlamətlərə 
malikdir. Fəlsəfi materializm obyektiv, yə‟ni insan şüurundan kənarda 
mövcud olan varlıqdan çıxış edir. Burada başlıca yeri varlığın predmet- 
əşya və mə‟nəvi- fikri növlərə ayrılması tutur. Bu cür yanaşma çox 
maraqlıdır və özünü doğruldur. Lakin o kifayət deyildir, çünki son dərəcə 
geniş və mücərrəd məzmun daşıyır. 
Buna görə də həmin bölgünü bir 
qədər konkretləşdirmək və varlığın özünəməxsus formalarını, 
münasibətlərini, xassələrini və əlamətlərini göstərmək tələb olunur

Qeyd edək ki, belə bölgü aparmaq üçün obyektiv təbii əsaslar vardır. Belə 
ki, dünyadakı əşya, hadisə və proseslər bir- birindən nə qədər fərqlənsələr 
də, onların müəyyən oxşar əlamətləri də vardır. Buradan çıxış edərək onları 
müəyyən qruplarda birləşdirirlər. Həmin qruplar varlığın formaları adlanır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin