əvvəl və asılı olmadan mövcud olması o qədər də asan anlaşılan məsələ deyildir. Bu məsələ
üzrə fəlsəfi fikir tarixində uzun müddət mübahisələr getmiş və qismən indi
də davam etməkdədir. Məsələni anlamağın çətinliyi bundadır ki, təbiətin
insan şüurundan asılı olmayaraq mövcudluğunu söyləyən başqa bir varlıq
yox, məhz insandır, subyektdir. Buna görə də belə bir dolaşıqlıq özünü
göstərə bilir ki, əgər bu faktı insan təsdiq edirsə, deməli onda təbiət insan-
dan əvvəl mövcud deyildir. Lakin nəzərdə tutulmalıdır ki, təbiətin insandan
əvvəl mövcud olması fikri ayrıca bir insanın qənaəti deyildir. Bunu
nəsillərin təcrübəsi, ümumbəşər tarixi və elmin nailiyyətləri sübut edir.
Varlığın birinci formasının digər növü insanların yaratdıqları əşyaların, alətlərin və obyektlərin varlığıdır . Bunları bə‟zən «ikinci
təbiət» də adlandırırlar. Insanın əməyi ilə yaradılan hər şey (əmək alətləri,
məişət cihazları, binalar, yollar, körpülər və s.) buraya daxil edilir. Varlığın
bu növü də xeyli dərəcədə özünəməxsus xarakter daşıyır.
Əvvəla, onların
əsasını ilkin təbiət materialları (obyektiv reallıq) təşkil edir.
Digər tərəfdən, onlar insanın bilikləri və əmək vərdişlərinin maddiləşmiş
formalarıdır. Bu o deməkdir ki, «ikinci təbiət» obyektlərinin mənşəyi və
fəaliyyəti maddi ilə insan ruhunun, şüurunun birgə məhsulu kimi çıxış edir.
Üçüncü, varlığın bu növünə daxil olan əşyalar və predmetlər cəmiyyətdə
müəyyən funksiya yerinə yetirirlər. Yə‟ni onların hər birinin müəyyən so-
sial tə‟yinatı vardır.
Deyilənlərdən aydın olur ki, varlığın bu növü özündə təbiinin (mad-
dinin), mə‟nəvinin və sosialın ayrılmaz vəhdətini ifadə edir.
Varlığın yuxarıda qeyd olunan növlərinin müxtəlif şəkildə
birləşmələri mövcuddur. Bunun da nəticəsində yeni- yeni, rəngarəng varlıq
növləri yaranır. Məsələn, insanların varlığı, onun yaratdığı əşyaların varlığı
və cəmiyyətin varlığı bu qəbildəndir.