146
başlamışdır. O materiyanı təkcə obyektiv reallıq kimi göstərməklə
məhdudlaşmır, ona bir çox atributiv xassələrin sistemi kimi baxır.
1
Materiya anlayışının materialist izahı onu şüurdan asılı
olmayaraq
mövcud olan obyektiv reallıq kimi səciyyələndirir. Bundan əlavə materiya
haqqında subyektiv idealist və obyektiv idealist tə‟limlər də mövcuddur.
Birincilər sübut etməyə çalışırlar ki, materiya yoxdur, hər şey insanın
şüuru ilə müəyyən olunur. Obyektiv idealizm isə materiyanı
əbədi
ideyaların, fövqəltəbii şüurun məhsulu hesab edir.
Materializmin özü də keçmişdə materiyanın izahında bir sıra
səhvlərə yol vermişdir. Məsələn, materiya konkret bir maddəyə və ya for-
maya (mexaniki, fiziki və s.) müncər edilirdi. Belə baxış əsasən metafizik
materializmə xas olmuşdur. Buradan çıxış edərək materiyaya onun konkret
xassələrini göstərməklə tə‟rif vermək cəhdləri özünü göstərmişdi. Bu və
başqa nöqsanlarına baxmayaraq keçmiş materialistlər materiyanın şüurdan
asılı olmaması, onun yaradılmazlığı və məhvedilməzliyi, əbədiliyi və
sonsuzluğu haqqında qiymətli fikirlər söyləmişlər.
Dostları ilə paylaş: