130
dövrdə yoxsulluq təhlükəsi əvvəllərdə olduğundan daha artıqdır. Bundan
istifadə edən din mütəfəkkirləri xeyir və şər konsepsiyasını yeniləşdirməyə
və beləliklə də dini fəlsəfənin əsas prinsiplərini möhkəmləndirməyə
çalışırlar.
Dini fikir tarixində həmişə belə bir sual özünü göstərmişdir: əgər
dünya ağıllı və xeyirxah allah tərəfindən yaradılmış
və idarə olunursa, onda
niyə şər işlər mövcud olur? Leybnisin dövründən bəri ilahiyyatın bu
məsələyə və ona verilən cavablara aid olan hissəsi «teodiseya» (allahın
ədalətliliyi) adlanır. Müasir dövrdə tradisionalist katoliklər köhnə
arqumentləri irəli sürür: dünyada ona görə şər qüvvələr vardır ki,
çoxlu
miqdarda günah işlər görülür. Niyə allah şərin artmasına imkan verir
sualına isə onlar belə cavab verirlər: şər onda baş verir ki, insan ona allah
tərəfindən bəxş edilmiş azadlıqdan sui- istifadə edir. Deməli şərin olması
üçün
allah deyil, insan günahkardır. Allah insanı azadlıqdan sui- istifadə
edərək yaratdığı şər və günah işlərə görə cəzalandırmaq üçün lazımdır.
Əlbəttə, bu o demək deyil ki, dini fəlsəfə baxımından xeyir və şərin
hüdudları silinir və insandan onun yaratdığı
şər işlər və əzablar üçün
məs‟uliyyət götürülür. Xüsusən son on illikdə dini fəlsəfə insan
mahiyyətinin xeyirxah əsasları uğrunda, sülh və bəşəriyyətin həyatı
uğrunda mübarizəni əhəmiyyətli dərəcədə fəallaşdırmışdır.
Dini fəlsəfə
ümumbəşəri dəyərlərin müdafiə olunmasında, müharibələrin qarşısının
alınmasında, sülhü bərqərar etmək uğrunda mübarizədə bir sıra təşəbbüslər
göstərir.
Öz mahiyyətinə görə nəzəri metafizik xarakter daşıyan fəlsəfi
istiqamətlərdən
biri də
Dostları ilə paylaş: