Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə160/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   156   157   158   159   160   161   162   163   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

fenomenologiyadır.
Onun əsasını alman filosofu 
E.Qusserl (1853- 1938) 
qoymuşdur. Sonradan o bütün digər fəlsəfi 
cərəyanlara güclü tə‟sir göstərmişdir. Müasir dünyada ən populyar fəlsəfi 
məktəblərdən biridir. Bu tə‟limi M.Şeler, M.Merlo- Ponti, Q.Qadamer kimi 
məşhur filosoflar müdafiə edirlər. Onu yaradanların fikrincə fenomenolo-
giya şüuru və idrakı fəlsəfi tədqiq etmək üsuludur. Fenomenologiya 
özündə klassik idealist fəlsəfənin (birinci növbədə Kantın) mütərəqqi 
ideyalarını əks etdirir. Qusserl fenomenologiyanı xalis şüur haqqında elm 
adlandırırdı. O materiya və şüuru birgə götürən klassik fəlsəfi dualizmi 
rədd edir. Qusserlə görə ruh və yalnız o, «özündə varlıq və özü üçün varlıq 
deməkdir». 
O özünün şüur konsepsiyasını fenomenoloji reduksiya me-
todu əsasında 
qurur. Həmin metod şüurun mahiyyətinə və əsas 
strukturlarına aid olmayan hər şeyi onun məzmunundan kənarlaşdırır. O 
cümlədən də ən‟ənələr, müxtəlif təsadüf xarakterli şüur hadisələri ondan 
uzaqlaşdırılır. Bundan sonra xalis şüur əldə edilir. Bu şüur insanın 
yaşantılarının axını kimi, müəyyən məqsədyönlü istiqamətə yönəlmiş halda 
götürülür. Nəticədə şüur özünəməxsus mə‟na və əhəmiyyət kəsb edir. Belə 


131 
şüur axını müəyyən diskret (fasiləli) qurumların- fenomenlərin (tə‟limin 
adı da buradan götürülüb) məcmusu kimi çıxış edir. Bu xassəsi üzündən 
bütün şüur aktları (qavrayış, hafizə, xatirə, təfəkkür formaları və s.) pred-
met məzmunu ilə dolğunlaşır. Beləliklə də göstərilir ki, predmetlərin fe-
nomenal aləmi şüurun və ona xas olan sintezləşdirici spontan yaradıcılıq 
fəaliyyəti nəticəsində yaranır və təşkil olunur. 
XX əsrin əsas fəlsəfi cərəyanları ilə qısa tanışlıq sübut edir ki, onlara 
münasibətdə ən‟ənəvi marksist yanaşma bu gün özünü doğrultmur. Bu 
tə‟limlərdə və məktəblərdə varlıq, insan onun həyatının mə‟nası, daxili 
dünyası, azadlıq, məs‟uliyyət problemlərinə dair bir çox maraqlı fikirlər 
irəli sürülür. Onları öyrənmək ümumfəlsəfi təfəkkürün inkişafı baxımından 
mühüm əhəmiyyət kəsb edir. 


132 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin