Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


struktur təsəvvürlərin genişlənməsini ifadə edir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə150/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   146   147   148   149   150   151   152   153   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

struktur təsəvvürlərin genişlənməsini ifadə edir. 
Strukturalizm humani-
tar və təbii elmi idrakın metodologiyasını yaxınlaşdırmağa cəhd 
göstərməklə sosial elmlərin realist istiqamət almasını ifadə edir.
Strukturalizm üçün nəzəri təhlil vasitəsi kimi götürülən 
dil ikili rol 
oynayır
. Riyazi formallaşmış struktur kimi dil bir tərəfdən deduktiv- 
məntiqi əməliyyatların vasitəsi rolunda çıxış edir. Digər tərəfdən dil qeyri- 
şüuri sfera ilə əlaqəlidir. Buna görə də o elə məzmuna malikdir ki, bu 
məzmunu yalnız hermenevtik şərh vasitəsilə açmaq mümkündür. Məsələn, 
strukturalizmin nümayəndəsi olan M.Fuko göstərir ki, müasir təfəkkürdə 
bu iki əsas elmi təhlil forması (deduktiv- məntiqi və şərhedici) bir- birilə 
yaxınlaşır və qarşılıqlı surətdə bir- birinə nüfuz edir.
1
2. Ekzistensializm və hermenevtika 
Mövzunun əvvəlində deyildiyi kimi müxtəlif fəlsəfi sistemlər 
rasionalizmə və irrasionalizmə (qeyri zəkalı, qeyri- şüuri) ayrılır. Pozitivist 
fəlsəfə birinci qismə aiddir. Çünki onun tərəfdarları dünyanı zəka və elm 
vasitəsilə dərk etməyin mümkünlüyünü irəli sürürdülər. Digər qismə daxil 
olan fəlsəfi sistemlər də mövcuddur. Onun nümayəndələri rasional 
təfəkkürün hüdudlarından kənarda mövcud olan müəyyən mə‟nəvi 
reallıqlara (iradə, intuisiya, instinkt, qeyri- şüuri) arxalanırlar. Onların 
fikrincə bu reallığı mənimsəmək üçün elmdən kənar, qeyri- məntiqi 
vasitələr zəruridir. Irrasionalist meyllər XIX əsrin sonu- XX əsrin 
1
Bax: Философия. N.jukovun redaktəsi ilə. Minsk,1999, s.85. 


123 
əvvəllərində fəlsəfədə daha geniş yayılmışdı. 
Həyat fəlsəfəsi, ekzistensia-
lizm və hermenevtika cərəyanları bu mövqedən çıxış edirlər. 
Eksistensializm (mövcudluq fəlsəfəsi) XX əsrin ən nüfuzlu fəlsəfi 
cərəyanlarından biridir. Onun əsas nümayəndələri M.Haydegger, 
K.Yaspers, Q.Marsel, j.Sartr, A.Kamyu və başqalarıdır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin