Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


insan öz şəxsi mövcudluğunda, öz həyat yolunu seçməkdə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə152/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

insan öz şəxsi mövcudluğunda, öz həyat yolunu seçməkdə 
başqa insanlardan və kollektivdən kömək gözləyə bilməz
. Belə 
halda 
insan yalnız öz vicdanının səsi ilə hərəkət etməlidir
. Əsl həyata üstünlük 
verən insan, eyni zamanda həyəcan və qayğını da qəbul edir. Qayğı əsl 
mövcudluğun daimi əlamətidir. Məsələn, Haydegger göstərirdi ki, qorxu, 
həyəcan və qayğı insan üçün idraki fəaliyyətdən, yaxud da əmək 
prosesindən daha mühümdür. Onlar insanın hisslər, həyəcanlar və emo-
siyalar aləmini yaradır. Ekzistensializm belə bir mövqedən çıxış edir ki, 


124 
insan onu əhatə edən hər şeyə birinci növbədə nəzəri və intellektual deyil, 
məhz emosional reaksiya verir. 
Ekzistensializmi səciyyələndirərkən onun azadlığa münasibəti 
üzərində xüsusi dayanmaq lazım gəlir
. Sartra görə azadlığı 
əsaslandırmağın mühüm prinsipini aşağıdakı müddəa təşkil edir: insanın 
mövcudluğu onun mahiyyətindən əvvəl gəlir. Insanın bütün digər 
əşyalardan köklü fərqi də məhz bundadır. Belə ki, istənilən əşya nəzərdən 
keçirildikdə mə‟lum olur ki, onun əvvəlcə mahiyyəti sonra isə mövcudluğu 
gəlir. Insan isə əvvəlcə mövcud olur, yalnız sonradan öz mahiyyətini 
müəyyən edir. Buna əsaslanaraq o belə bir fikir irəli sürürdü ki, fəlsəfə 
ümumi məsələləri izah edərkən dünyanın, varlığını deyil, məhz insanın 
varlığını çıxış nöqtəsi kimi götürməlidir. Insan daim azaddır. Sartr 
göstərirdi ki, insan azadlığa məhkumdur. O özünü həmişə gələcəkdə 
görməyə doğru yönəlir. Buna görə insanın mahiyyəti onun niyyəti, 
gələcəyidir. Insanın etdiyi hər şey onun fərdi seçimindən asılıdır. Sartra 
görə insanın düşdüyü vəziyyət ola bilər ki, ondan asılı olmasın. Lakin bu 
vəziyyətə münasibət onun özündən asılıdır. O göstərirdi ki, hətta məhbus 
da azaddır, çünki o öz situasiyasını ya məhdud hesab edə bilər, ya da 
qaçmaq üçün bəhanə hesab edə bilər. 
Qeyd olunmalıdır ki, daxili azadlıq, şəxsiyyətin keyfiyyəti kimi 
götürülən azadlıq doğrudan da mövcuddur. Bu onu ifadə edir ki, insan 
müəyyən baxışlara, inama malik olmaqla onların həyata keçirilməsini 
zəruri hesab edir. Əsl insan öz əqidəsini tapdalaya bilməz, o bu yolda hətta 
ölə də bilər. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin