Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Burada müddəalar və onların aid olduğu nəzəriyyələr



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə147/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Burada müddəalar və onların aid olduğu nəzəriyyələr 
arasında dərin varislik əlaqələri mövcud olur. 
Neopozitivizm öz qarşısına qoyduğu məqsədləri yerinə yetirə 
bilmədi. O daxili böhrana düçar oldu. Buna görə də XX əsrin 50- 60- cı 
illərindən öz tə‟sirini itirməyə başladı. Hətta onun bir çox tərəfdarları 
məntiqi pozitivizmin əsas müddəalarından imtina etdilər. Onlar yeni ideya-
lar irəli sürdülər və pozitivizmi y
eni dördüncü formada

postpozitivizm 
formasında dirçəltdilər.
Bu tə‟limin əsas nümayəndələri K.Popper, 
I.Lakatos, T.Kun, S.Tulmin, P.Feyerabend və başqalarıdır. Postpozitivizm 
fəlsəfənin məşğul olduğu problematikanı, onun elmlər sistemində və 
cəmiyyətdə yeri ilə bağlı məsələləri yenidən nəzərdən keçirdir. 
Əlbəttə o, özündən əvvəlki forma ilə (neopozitivizm) ideya əlaqəsini 
tamamilə kəsmir. Belə ki, 
o da əsasən elmi biliyin təhlili ilə məşğul olur

dil problemlərinə böyük diqqət 
yetirir. Lakin o məntiqi pozitivizmdən 
fərqli olaraq mövcud elmi biliyin strukturuna deyil, elmi biliyin 
inkişafı, 
dinamikası məsələlərinə başlıca yer verir
. Pozitivizmin tədqiqat 
istiqamətində baş verən bu dəyişiklik elmin fəlsəfi tədqiqinə daxil olan 
məsələlərin dairəsini yeniləşdirdi. Postpozitivizm başlıca olaraq 
elmi bi-
liyin sosiomədəni determinasiyası, yeni nəzəriyyələrin meydana gəlməsi, 
onların elmi ictimaiyyət tərəfindən qəbul olunması, bir- birilə rəqabət 
aparan elmi konsepsiyaları müqayisə etməyin və hansını seçməyin 
me’yarları məsələləri ilə məşğuldur. 
Məntiqi pozitivizm empirik biliyi sabit və mö‟təbər hesab edirdi. 
Buna görə də onu sabit olmayan, dəyişkən nəzəri bilikdən kəskin şəkildə 
ayırırdı. Postpozitivistlər isə əksinə biliyin bu iki səviyyəsini əlaqəli 
götürür, hətta onların qarşılıqlı surətdə nüfuz etdiyini söyləyirlər. Onların 
əsərlərində nəzəriyyənin empirik biliyə əhəmiyyətli tə‟siri göstərilir. Qeyd 
olunur ki, faktları müəyyən etmək üçün müəyyən səviyyədə nəzəriyyəyə 
yiyələnmək lazımdır. Buna görə də faktlar müəyyən mə‟nada nəzəriyyədən 
asılıdır. 


121 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin