Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə144/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   140   141   142   143   144   145   146   147   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

20- ci illərində pozitivizmin 
üçüncü tarixi forması
- neopozitivizm yarandı. Onun görkəmli 
nümayəndələri M.Şlik, R.Karnap, Q.Reyxenbax, L.Vitgenşteyn və 
başqalarıdır. Neopozitivistlər iddia edirlər ki, fəlsəfənin müstəqil tədqiqat 
obyekti yoxdur. Neopozitivizmi Qərbdə 
çox vaxt analitik fəlsəfə də 
adlandırırlar
. Onu məntiqi pozitivizm və linqvistik fəlsəfə təmsil edir. 
Yeni pozitivistlərin fikrincə fəlsəfə reallığı öyrənən elm deyildir. O heç 
idrak nəzəriyyəsi də deyildir. Neopozitivizmə görə 
fəlsəfə təbii və süni 
dillərin məntiqi təhlili ilə bağlı olan xüsusi fəaliyyət sahəsidir
. Təsadüfi 
deyildir ki, neopozitivizmin ilk variantı məntiqi pozitivizm adlanırdı. Bu 
tə‟lim göstərir ki, adi dil çoxlu yanlışlıqlar və uydurma problemlər yaradır. 
Onlardan azad olmaq üçün ideal dil formalaşdırmaq lazımdır. Bu dil heç 
bir qeyri-müəyyənliyə yol verməməlidir. Belə dil riyazi məntiqin dilidir. 
Məntiqi pozitivizm dildə olan 
bütün cümlələri üç yerə ayırırdı
: antielmi, 
elmdən kənar və elmi cümlələr. 
Birinci qrupa
heç bir mə‟nası olmayan 
cümlələr daxildir (məsələn: Ay dördkünc formada artırır). Belə cümlələri 
nə təkzib etmək, nə də təsdiq etmək mümkün deyildir. Buna görə də onlar-
dan yaxa qurtarmaq lazımdır. 
Ikinci qrupa
daxil olan cümlələrin mə‟nası 
vardır, 
lakin 
onları 
faktlarla 
yoxlamaq 
qeyri-mümkündür. 
Neopozitivistlərin fikrincə ənənəvi fəlsəfənin ifadə etdiyi cümlələrin 
əksəriyyəti bu qəbildəndir (məsələn, «Dünyada hərəkət edən materiyadan 
başqa heç nə yoxdur»). Belə cümlələrdəki anlayışları faktlarla tutuşdurmaq 
qeyri-mümkündür. Odur ki, onları elmdən kənarlaşdırmaq lazımdır. 
Üçüncü
qismə prinsipcə təcrübi, faktiki yoxlanıla bilən cümlələr daxildir 
(məsələn, «Su 100 S
0
- dərəcə temperaturda qaynayır»). Yalnız belə 
cümlələr elmi mə‟na kəsb edir. Onlar həqiqi və ya yalan ola bilir. Belə 
cümlələrdə xəbər mübtəda da olmayan nə isə yeni bir şeyi ifadə edir 
(Məsələn, «Bu dəmir parçası maqnitlidir»). Neopozitivistlərə görə yuxarıda 
göstərilən sintetik cümlələr ilə yanaşı elmdə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin