118
Pozitivizm böyük təkamül yolu keçmişdir
. Onun ilk tarixi forması
XX əsrin 30-40 - cı illərində yaranmışdı. Banisi fransız
filosofu O.Kont
(1798- 1857) hesab olunur
. O fəlsəfəni pozitiv biliyin prinsipləri üzrə
qurmağa çalışmışdır. Onun fikrincə fəlsəfənin vəzifəsi elmlərin rasional
təsnifatı əsasında konkret elmi biliyi sistemləşdirməkdən ibarət olmalıdır.
Pozitivizmin ikinci tarixi forması- empiriokritisizm (təcrübənin
tənqidi
deməkdir.) adlanır. O XIX əsrin sonu- XX əsrin əvvəllərində yaranmışdır.
Baniləri Avstriya fiziki E.Max (1838- 1916) və Isveçrə filosofu
R.Avenarius (1843-1896) olmuşdur. Əvvəlkindən fərqli olaraq bu forma
fəlsəfəni idrak nəzəriyyəsinə müncər edirdi.
Empiriokritisizm təcrübəni
metafizik xarakterli bütün müddəalardan təmizləməyi nəzərdə tuturdu.
Maxa görə təcrübə duyğulardan ibarətdir. Duyğuları isə o faktiki olaraq
"dünya elementləri" hesab edirdi. XX əsrin
Dostları ilə paylaş: