Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Məhz Intibah dövründə ilk dəfə olaraq varlığın mə'nəvi



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə97/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Məhz Intibah dövründə ilk dəfə olaraq varlığın mə'nəvi 
öyrənilməsi forması olan elm ilə praktiki- texniki fəaliyyət 
(bunu 
incəsənət adlandırırdılar) 
və bədii fantaziya arasında əvvəllərdə özünü 
göstərən hədlər silindi
. Orta əsrlər xristianlığı insanı həyatdan qoparıb 
1
Философия. В. Лавриненкоnun redaktəsi ilə. М.,1998, с.101.


81 
ayıraraq, dünyanın transendent yaradıcısı ilə əlaqələndirirdi. Beləliklə in-
san şəxsiyyəti müstəqil yüksək dəyər olmayıb, insan ilə Allahın ittifaqına 
əsaslanırdı. Allahdan ayrılıqda, müstəqil götürülən insanın heç bir dəyəri 
yox idi. Bundan fərqli olaraq intibah dövründə insan yetişdiyi mühitdən 
daha çox özünə, öz zənginləşən ruhuna və bədəninə arxalanırdı. Bu yol ilə 
o transendent ən'ənənələrdən azad olmağa cəhd göstərirdi. 
Intibah dövrü üçün səciyyəvi olan gözəlliyə pərəstişin özü də an-
troposentrizm ilə sıx əlaqəli olmuşdur
. Təsadüfi deyildir ki, bu dövrdə 
hər şeydən əvvəl gözəl insan sifəti və insan bədəni təsvir edən rəssamlıq 
incəsənətin başlıca növünə çevrilmişdi. Botiçelli, Leonardo da Vinçi, Ra-
fael kimi böyük sənətkarların şəxsində Renesans dövründə dünyanın bədii 
qavranılması özünün zirvəsinə çatmışdı. 
Beləliklə intibah dövründə ayrıca götürülmüş insan şəxsiyyətinin ro-
lu 
çox-çox 
artdı. Fərdin rəngarəngliyi, özünəməxsusluğu və 
təkrarolunmazlığı hər şeydən üstün tutulurdu. 
Orijinallıq və başqalarına 
bənzəməmək şəxsiyyətin böyüklüyünün ən mühüm keyfiyyəti hesab 
olunurdu
. Buna görə də təsadüfi deyildir ki, çox vaxt şəxsiyyət anlayışının 
məhz bu dövrdə yarandığı qeyd olunur. Intibah dövrünün 
şəxsiyyət 
anlayışında digər bir yeni keyfiyyət- öz hərəkəti üçün cavab vermək, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin