İzoləedici mühafizə vasitələri əsas və əlavə olmaqla iki yerə ayrılır.
Əsas mühafizə vasitələrinin
izolyasiyası elektrik qurğusunun işçi gərginliyinə etibarlı davam gətirir. Bu vasitələrlə gərginlik
altında olan cərəyandaşıyan hissələrə toxunmağa icazə verilir.
İzoləedici ştanqlar təyinatından asılı olaraq, əməliyyat, təmir və ölçmə ştanqlarına ayrılır.
1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında istifadə olunan əsas mühafizə vasitələrinə əməliyyat və ölçmə ştanqları,
izoləedici və cərəyanölçən qısqaclar; gərginlik göstəriciləri və izoləedici qurluşlar və təmir işləri üçün tərtibatlar (izoləedici
nərdivanlar və s.) aiddir.
İzoləedici əməliyyat ştanqlarından paylayıcı qurluşlarda müxtəlif əməliyyatlar aparıldıqda istifadə olunur. Bu cür
əməliyyatlara birqütblü ayırıcıların qapanması və ya açılması, dayaq izolyatorlarda şin birləşmələrinin zəifləməsinin yoxlanması
və s. aiddir.
33
İzoləedici mühafizə vasitələrinə və cihazlarına
bakelitdən, çinidən (farfor), ağacdan, rezindən və plastik kütlədən
hazırlanmış izoləedici və ölçmə ştanqları, müvəqqəti torpaqlamanı yerinə yetirən ştanqları, boru formalı qoruyucuları sıxaclarda
yerləşdirmək və ya çıxarmaq üçün qısqaclar (kəlbətin, maşa), gərginlik göstəricilərinin və cərəyanölçənlərin izolyasiya hissələri,
elektriklərin (montyor) alətlərinin izolyasiya hissəsi, dielektrik əlcəklər, qaloşlar, botlar, rezin xalçalar və ayaqaltılar, çini
izolyatorlar üstündə quraşdırılmış taxta altlıqlar və izoləedici nərdivanlar aiddir.
Dostları ilə paylaş: