Dərs vəsaiti Ə. X. Calallı "Azərişıq" asc nin Tədris Mərkəzinin müdavimləri üçün nəzərdə tutulub


 Elektrik cərəyanının canlı toxumaya təsiri



Yüklə 5,46 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix14.12.2023
ölçüsü5,46 Mb.
#176734
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   41
myinmhafizsinson-221029155608-dad1fc30

2.1. Elektrik cərəyanının canlı toxumaya təsiri
2.2. Elektrik cərəyanından zədələnmənin əsas növləri
Zədədənmə əsasən .ərti olaraq üç qrupa bölünür:

Elektrik travmaları

Elektrik zərbələri

Elektrik şoku
Elektrik travmaları:

Yanıqlar

Elektrik nişanələri

Elektrik qövsünün təsiri ilə gözün zədələnməsi (Elektrooftalmiya)

Dərinin elektrometallaşması
2.ELEKTRİK TƏHLÜKƏSİZLİYİ
6


Elektrik yanığı bədənin sətһinin və ya daxili orqanların elektrik qövsünün və yaxud insanın bədənindən keçən böyük
cərəyanların təsirilə zədələnməsidir.
Yanıqlar iki növ olur: cərəyan (yaxud kontakt) yanığı və qövs yanığı.
Cərəyan yanığı cərəyan daşıyan һissələrə toxunması nəticəsində cərəyanın bilavasitə insan bədənindən keçməsindən baş
verir. Cərəyan yanığı–elektrik enerjisinin istilik enerjisinə çevrilməsinin nəticəsidir; bir qayda olaraq, bu, dərinin yanmasıdır,
çünki insanın dərisinin elektrik müqaviməti bədənin başqa toxumalarının müqavimətinə nisbətən dəfələrlə böyükdür.
2.2.1. Elektrik yanığı 
7
TƏDRİS MƏRKƏZİ 


Cərəyan yanıqları nisbətən kiçik gərginlikli (ən çoxu 1kV-a qədər) elektrik qurğularında işləyərkən baş verir və
əksər һallarda I və II dərəcəli yanıqlar olur; bəzən isə ağır yanıqlar da baş verir.
Daһa yüksək gərkinliklərdə cərəyandaşıyan hissə ilə insanın bədəni arasında, yaxud cərəyandaşıyan һissələr
arasında elektrik qövsü əmələ gəlir ki, bu da başqa növ yanığın–qövs yanığının baş verməsinə səbəb olur.
8


Qövs yanığı yüksək (3500
0
C-dən yuxarı)
temperatur və böyük enerjiyə malik elektrik
qövsünün bədənə təsirindən əmələ gəlir. Belə
yanıq, adətən, yüksək gərginlik qurğularında baş
verir və ağır xarakterdə – III və ya IV dərəcəli olur.
9
TƏDRİS MƏRKƏZİ 


Elektrometallaşma cərəyanın təsirilə metalın sıçraması və buxarlanması nəticəsində onun һissəciklərinin dəriyə
keçməsinə deyilir, məsələn, elektrik qövsü baş verdikdə belə hallar da ola bilər. Dərinin zədələnmiş yeri sərt və kələ-kötür olur,
onun rəngi dəriyə keçmiş metalın birləşmələrinin rəngi ilə təyin edilir.
Elektrometallaşma qısaqapanma, yük altında olan ayırıcıların və kəsən açarların açılması zamanı baş verə bilər.

Yüklə 5,46 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin