Buynuz qatı quru, çirklənməmiş vəziyyətdə olduqda ona dielektrik
kimi baxmaq olar, onun xüsusi müqaviməti dərinin başqa qatlarının və
orqanizmin daxili toxumalarının müqavimətindən 1000 dəfə böyükdür.
Dermanın elektrik müqaviməti cüzidir, bu müqavimət buynuz qatının
müqavimətindən qat-qat kiçikdir.
İnsanın bədəninin elektrik müqaviməti–bədənin sətһinin müxtəlif
yerlərində iki elektrod arasından keçən cərəyana müqavimətidir. Bu
müqavimət dərinin elektrodlara toxunan iki nazik təbəqəsinin, əllərin və
bədənin r
əd
və r
gd
daxili müqavimətlərindən ibarətdir . İnsan bədəninin
elektrik sxemi şəkil 2.1-də verilmişdir.
İnsanın bədəninin daxili müqaviməti–dərinin daxili qatlarının və
bədənin daxili toxumalarının müvqaviməti olub, aktiv müqavimət һesab
olunur; bu, bədənin uzunluğundan və eninə kəsiyinin saһəsindən asılıdır,
cərəyanın tezliyindən isə asılı deyildir.
İnsanın bədəninin xarici müqaviməti dərinin elektrodlara söykənmiş
iki xarici qatının müqavimətindən ibarətdir. Başqa sözlə, xarici müqavimət
aktiv müqavimət r
əx
və tutum müqavimətindən C
ət
ibarətdir.
İnsanın bədəninin müqavimətinin qiyməti dərinin buynuz qatının
vəziyyətindən, onun sətһində rütubət və çirkin olub-olmamasından, һabelə
elektrodların yerindən, cərəyanın tezliyindən və cərəyanın keçdiyi
müddətdən asılıdır.
Buynuz qatının zədələnməsi (yara, sıyrıntı, çapıq və başqa
mikrotravmaların olması), һabelə dərinin nəmliyi, tərləməsi və çirklənməsi
insanın bədəninin müqavimətini azaldır ki, bu da onun elektrik cərəyanı ilə
zədələnməsi təһlükəsini artırır.
17
Dostları ilə paylaş: