EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə85/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   81   82   83   84   85   86   87   88   ...   107
50

EcoVision

TƏHLİL


Türkiyə  Cümhuriyyəti  ilə  Azərbaycan  arasında  iq-

tisadi  münasibətlər  ölkəmiz  müstəqillik  qazandıqdan 

sonra  yenidən  bərpa  olunmuşdur.  İki  ölkə  arasında 

formalaşan  iqtisadi  əlaqələr  dövlətlərarası  maraqları 

özündə ehtiva etməklə yanaşı, geoiqtisadi mövcudluq 

baxımından  regional və qlobal səviyyədə millətlərarası 

səmərəli əməkdaşlığa da töhfə verməkdədir. 

Strateji tərəfdaşlar olan bu iki ölkənin siyasi, mədəni 

bağlarının iqtisadi baxımdan möhkəmlənməsinin də bir 

sıra səbəbləri vardır. Belə ki, Türkiyə üçün Azərbaycan 

dayanıqlı  enerji  mənbəyi,  Orta  Asiya  ölkələri  ilə  iqti-

sadi əlaqələrin genişlənməsi üçün sözügedən regiona 

açılan qapı, İpək yolu üzərindəki dövlətlərlə ticarət im-

kanı, böyük xammal ehtiyatları ilə təminat və s. rolunu 

oynayır. Azərbaycan üçün isə Türkiyə enerji ehtiyatları-

nın dünya bazarlarına çıxarılması, Avropa Birliyi ilə iq-

tisadi əlaqələrin dərinləşməsində tranzit ölkə, regional 

və beynəlxalq strateji layihələrdə dayanıqlı tərəfdaş və 

s. qismində çıxış edir. 

2008-ci  ilin  əvvəlində  Azərbaycan  Respublika-

sının  parlamentində  “Azərbaycan  Respublikası  və 

Türkiyə  Respublikası  arasında  uzunmüddətli  iqtisadi 

əməkdaşlıq  proqramı  və  icra  planı”  qəbul  edilmişdir. 

İndiyə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə 

edən 130-dan artıq sənəd imzalanıb. 

Müstəqilliyin  ilk  dövrlərində  ölkəmizə  Türkiyədən 

idxal olunan məhsulların illik həcmi orta hesabla 116 

milyon ABŞ dolları, Azərbaycandan ixrac olunan əmtəə 

və xidmətlər 24.85 milyon ABŞ dolları səviyyəsində ol-

muşdur.  

İlbəil  genişlənən  iqtisadi  münasibətlər  artıq  yeni 

mərhələnin  başlamasından  xəbər  verir.  Son  dövrlər 

Azərbaycan  və  Türkiyə  iqtisadiyyatının  dinamik  in-

kişaf etməsi özünü bu ölkələr arasında mövcud olan 

ticarət dövriyyəsinin yüksəlməsində, qarşılıqlı investi-

siya  qoyuluşlarının  həcminin  artmasında,  sahibkarlıq 

subyektlərinin fəaliyyətinin genişlənməsində və digər 

sahələrdə açıq şəkildə göstərməkdədir. 

  2014-cü  ilin  statistik  məlumatlarına  əsasən  qey-

diyyata alınmış 5287-si tam xarici investisiyalı, 1710-u 

isə birgə müəssisə olmuşdur. Statistik vahidlərin Dövlət 

Registrində qeydiyyatdan keçmiş tam xarici investisi-

yalı və birgə müəssisələr əsasən Türkiyə (31,2%), Böyük 

Britaniya (8,6%), Rusiya (6,5%), İran (5,3%), ABŞ (3,7%), 

Almaniya (2,1%) və digər ölkələrin (42,6%) sahibkarları 

tərəfindən yaradılmışdır. Buradan da göründüyü kimi, 

2014-cü il üzrə Türkiyə investisiyalı tam xarici və birgə 

müəssisələrin həcmi 31,2% olmaqla üstünlük təşkil et-

mişdir. 

Azərbaycanla  Türkiyə  arasında  xarici  ticarət 

dövriyyəsi də müstəqilliyin ilk dövrləri ilə müqayisədə 

köklü şəkildə artmışdır. Belə ki, cədvəl 1-də göstərilən 

rəqəmləri təhlil edən zaman görürük ki, Azərbaycanla 

Türkiyə arasında idxal və ixrac əməliyyatlarının ümumi 

həcmi 2014-cü il ərzində 1 789 134,23 min manat təşkil 

etmişdir. 2014-cü il ərzində Türkiyədən Azərbaycana 1 

286 641,39 min manatlıq əmtəə və xidmət idxal olun-

muşdur.  Azərbaycandan  Türkiyəyə  isə  ixracın  həcmi 

həmin  dövr  üçün  502  492,84    min  manat  təşkil  et-

mişdir.  Qeyd  edək  ki,  Türkiyə  üçün  ölkəmizlə  ticarət 

dövriyyəsi 2014-cü il ərzində 784 148,55 min manatlıq 

müsbət saldo ilə nəticələnmişdir. 




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin