EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə81/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   77   78   79   80   81   82   83   84   ...   107
Yaxın  gələcəkdə  Türk  dünyası  ölkələrinin  birgə 

televiziyasının  yayıma  başlayacağı  gözlənilir.  Bu 

televiziyanın fəaliyyətindən gözləntilər nədən ibarətdir? 

İlk olaraq Türk Şurasının Ağsaqqallar Şurası 2011-ci ildə 

ortaq bir televiziya kanalının yaradılmasını təklif etmişdir. 

Sonradan bu təklif ortaq təhsil kanalının yaradılması fikri 

ilə Türk Şurası təhsil nazirlərinin də gündəliyinə salınmışdır.

Bununla  əlaqədar  fevral  ayında  Katibliyin  binasın-

da ortaq təhsil kanalının yaradılması ilə bağlı ilk toplantı 

keçirilmişdir.  Toplantıda  kanalın  yaradılmasının  detalları-

nı  müzakirə  edəcək  Koordinasiya  Qrupunun  yaradılması 

qərarlaşdırılmışdır.

Türk Şurasının 5 iyunda Bodrumda keçirilən 4-cü Zirvə 

Görüşündə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 

təklifi  ilə  ortaq  bir  xəbər  kanalının  yaradılması  məsələsi 

gündəliyə gətirilmişidr. Bu səbəbdən 2015-ci ildə Qazaxıs-

tanda keçiriləcək 5-ci Zirvə Görüşünün mövzusunun “Me-

dia Əməkdaşlığı” olması qərarlaşdırılmışdır. 

Prezidentlərin təlimatlarına əsasən ortaq xəbər kanalı-

nın yaradılması ilə bağlı məsələləri müzakirə etmək üçün 

oktyabr  ayında  Katibliyin  binasında  Koordinasiya  Qrupu-

nun  ilk  toplantısı  baş  tutmuşdur.  Toplantıda  ortaq  tədris 

və ortaq xəbər kanallarının birləşdirilməsi, həm xəbərləri, 

həm mədəniyyəti və həm də təhsili əhatə edəcək vahid bir 

kanalın yaradılması qərarına gəlinmişdir.      

Kanal  geniş  bir  kütləyə  xitab  edəcək  xəbər,  təhsil  və 

mədəniyyət  proqramlarını  əhatə  edəcək,  ayrıca  yerli  ta-

maşaçı kütləsinin də tələb və maraqlarına uyğun olacaq-

dı. Coğrafi yayın müəyyənləşdiriləcək, interaktiv məzmuna 

sahib  bir  veb  sayt  üzərindən  də  yayımlanacaq.  Kanalın 

əsas  ofisi  bir  üzv  dövlətin  ərazisində  yerləşəcək  və  digər 

ölkələrdə də ofisləri olacaq.

Məsələlərin  müzakirəsinin  davamı  üçün  Koordinasiya 

Qrupunun  2-ci  toplantısı  2015-ci  ilin  fevral  ayında  Türk 

Şurası  Katibliyində  keçiriləcək.  Dövlət  başçılarına  konkret 

təkliflər  təqdim  etmək  üçün  Türk  Şurasının  5-ci  Zirvə 

Görüşünə  qədər  Qazaxıstanda  Televiziyalardan  məsul 

nazirlərin 1-ci toplantısı baş tutacaq.



Əməkdaşlıq  Şurasına  üzv  olan  ölkələr  arasındakı 

münasibətlər  inkişaf  etdikcə  fəaliyyət  istiqamətləri  də 

genişlənir. İstərdik digər fəaliyyət istiqamətləri ilə bağlı da 

qarşıya qoyulmuş hədəflər haqqında məlumat verəsiniz.

Qeyd etdiyim kimi, bu il ABŞ, Fransa və Almaniyada di-

aspor mərkəzləri yaradılacaq. 2-ci Türk Şurası Gənc diplo-

matlar treninqi mart ayında Bakıda keçiriləcək. 

Ortaq televiziya kanalının yaradılması ilə bağlı önəmli 

addımlar atacaq, üzv ölkələrimizin xəbər agentlikləri ara-

sında əməkdaşlığa başlayacağıq. 

Orta  məktəblərdə  2015-2016  tədris  ilində  ortaq  ta-

rix  kitabının  tədris  olunması  nəzərdə  tutulur.  Ədəbiyyat 

və coğrafiya sahələrində də ortaq kitabların hazırlanması 

işinə başlanacaqd. Üzv dövlətlərin şagirdlərinin bir-birinin 

mədəniyyətlərini tanıması məqsədilə 2-4 həftəlik mübadilə 

proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. 

Üzv  dövlətlərin  15  universitetinin  iştirak  etdiyi 

Universitetlər  Birliyi  2013-cü  ildə  yaradılmışdır.  Bu  Birliyə 

üzv  olan  universitetlər  arasında  tələbə  mübadiləsi  yerinə 

yetiriləcək.  

İlk dəfə olaraq Türk Universiadası keçiriləcək, Türk Şu-

rası çərçivəsində 2-ci Dünya Köçəri Oyunları 2016-cı ildə 

təşkil olunacaq. 

Ölkələrimiz  arasında  iqtisadi  münasibətlərin  inki-

şaf  etdirilməsi  əsas  hədəflərimizdən  biridir.  Bunun  üçün 

istər  gömrük  keçidləri,  istərsə  də  nəqliyyat  sahəsindəki 

əngəllərin aradan qaldırılması ilə bağlı işlər görüləcək. Üzv 

dövlətlərimiz  arasında  Çoxmodlu  Yükdaşıma  Anlaşması-

nın müzakirələri başlanmışdır. Tarixi İpək yolunun canlan-

dırılması istiqamətində işlər davam edir. Üzv ölkələrimizdə 

olan  İpək  Rüzgarı,  Aktau  limanının  genişləndirilməsi, 

Әlәt  limanının  inşa  edilməsi,  Bakı–Tbilisi–Qars  dəmir 

yolu  kimi  layihələrin  başa  çatmasından  sonra  sınaq  yük 

qatarı  səfərinin  həyata  keçirilməsi  planlaşdırlır.  Beləliklə, 

Asiya ilə Avropa arasında olan mərkəzkoridoru işlək hala 

gətiriləcək.

İpək yolunu turizm baxımından da cəlbedici biristiqamət 

edəcəyik.  Belə  ki,  2015-ci  ildə  İpək  yolu  üzərində  üzv 

dövlətlərimizi əhatə edəcək bir ortaq tur paketi hazırlana-

caq.  

Türk Şurasının 4-cü İş Forumu cari ilin sentyabr ayında 



Qırğız Respublikasında keçiriləcək. 

Üzv  dövlətlərimizdə  və  lazım  olduğu  təqdirdə  digər 

ölkələrdə qədim Türk abidələrinin bərpasını və saxlanma-

sını  həyata  keçirəcək  Türk  Mədəniyyəti  və  Mirası  Fondu 

2015-ci ildə fəaliyyətə başlayacaqd.  

Türkdilli  Ölkələrin  Əməkdaşlıq  Şurasının  genişlən-

dirilməsi, digər türkdilli ölkələrin də şuraya cəlb olunması 

istiqamətində hansı işlər görülür? 

Qeyd  etdiyim  kimi,  4-5  iyun  tarixlərində  Bodrumda 

keçirilən 4-cü Zirvə Görüşündə ilk dəfə olaraq Türkmənistan 

Prezidenti  Qurbanqulu  Berdımuhammedov  iştirak  etmiş-

dir.  2012-ci  ildə  Bişkekdə  keçirilən  2-ci  Zirvə  Görüşündə 

Türkmənistan  Milli  Elmlər  Akademiyasının  prezidenti, 

2013-cü ildə Qəbələdə keçirilən 3-cü Zirvə Görüşündə isə 

Türkmənistanın Baş nazirinin müavini iştirak etmişdir.

27-28  noyabrda  müvafiq  olaraq  Türk  Şurası  Təhsil 

Nazirlikləri Yüksək Vəzifəli Şəxslərin və Təhsil Nazirlərinin 

3-cü  Toplantısında  Türkmənistan  nümayəndə  heyəti  iş-

tirak  etmişdir.  Bu,  Türkmənistan  tərəfinin  Türk  Şurası 

ekspertlərinin və nazirlərinin görüşündə ilk iştirakı olmuş-

dur. 


Türk  Şurasının  zirvə  görüşlərinə  və  digər  müəyyən 

tədbirlərə  Türkmənistan  və  Özbəkistanı  dəvət  edir, 

fəaliyyətimiz haqqında vaxtaşırı olaraq bu ölkələrə məlumat 

veririk. Türkmənistan və Özbəkistanın təşkilata üzv olması 

Türk  Şurasının  tam  fəaliyyət  göstərməsinə  gətirib  çıxara-

caq. Bu həm ölkələrin, həm də Türk Şurası Katibliyi olaraq 

bizim istəyimizdir.

Bununla  yanaşı,  Türk  Şurası  Macarıstanla  əməkdaşlıq 

mərhələsini başlamaq niyyətindədir.   




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin