EcoVision


Ölkələrimiz arasında iqtisadi münasibətlərin



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə79/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   75   76   77   78   79   80   81   82   ...   107
Ölkələrimiz arasında iqtisadi münasibətlərin 

inkişaf etdirilməsi əsas hədəflərimizdən biridir

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun “EcoVision” jurnalına  müsahibəsi


45

dair  danışıqların  yenidən  başlanması  və  Suriyada  davam 

etməkdə  olan  münaqişə  haqqında  fikir  mübadiləsi  apar-

mışlar.


8-14  sentyabr  2014-cü  ildə  İssık-göldə,  Qırğız  Res-

publikasında Türk Şurası çərçivəsində Birinci Dünya Köçəri 

Oyunları keçirilmişdir. 

Qardaş limanlar olan Bakı, Aktau və Samsun limanları-

nın birinci iclası 17-18 apreldə Samsunda baş tutmuşdur. 

Nəqliyyat üzrə İşçi Qrupunun 5-ci toplantısı 21 mayda, 

nəqliyyat nazirlərinin ikinci iclası isə 22 may 2014-cü ildə 

Astanada  keçirilmişdir.  Görüşlərdə  üzv  dövlətlər  arasında 

multimodal  nəqliyyatın  yaradılması,  mövcud  əngəllərin 

aradan  qaldırılması,  tranzit  rejimlərinin  uyğunlaşdırıl-

ması,  limanlar  arasında  mütəmadi  olaraq  ro-ro  və  bərə 

xidmətlərinin  həyata  keçirilməsi  və  s.  maraq  kəsb  edən 

məsələlər müzakirə olunmuşdur.    

Türk  Şurasının  Gömrük  İşçi  Qrupunun  3-cü  toplan-

tısı  7  mart  tarixində  İstanbulda  keçirilmişdir.  Görüşdə 

İşçi  Qrupu  Karvansara  layihəsi  çərçivəsində  sərhəd-

keçid  məntəqələrinin  yaxşılaşdırılması,  ilkin  məlumat  və 

səlahiyyətli  iqtisadi  operatorların  mübadiləsi  kimi  tövsiyə 

qərarları qəbul etmişdir. Gömrükdən məsul nazirlərin 3-cü 

iclası 16-17 iyunda Qazaxıstanda keçirilmişdir.  

Türk  Şurası  Təhsil  Nazirlərinin  3-cü  toplantısı  28  no-

yabrda,  Təhsil  nazirliklərinin  yüksək  vəzifəli  şəxslərinin 

toplantısı isə 27 noyabrda Bakıda keçirilmişdir. Toplantılar-

da üzv dövlətlərin tarixçiləri ilə birlikdə Türk Akademiyası 

tərəfindən ortaq tarix kitabının hazırlanması, tələbə və şa-

gird mübadiləsi, Türk Şurası Türk Universitetlər Birliyi Birinci 

Baş Məclisinin nəticələri, üzv dövlətlərin dillərinin seçimli 

olaraq  orta  məktəblərdə  tədris  olunması  və  s.  məsələlər 

müzakirə olunmuşdur. 

Türk  Şurası  Gənc  Diplomatların  1-ci  treninqi  13-25 

aprel  tarixlərində  Türkiyədə  təşkil  olunmuşdur.  Katiblik 

tərəfindən hər üzv dövlətdə həyata keçirilməsi nəzərdə tu-

tulan bu proqramın əsas məqsədi tədrislə yanaşı, karyera-

ları boyu əməkdaşlıq edəcəklərini nəzərə alaraq gənc dip-

lomatların bir-biri ilə yaxından tanış olmaları və digər üzv 

dövlətlər haqqında daha çox məlumat əldə etmələrindən 

ibarət idi. 

Türk Şurası 3-5 aprel 2014-cü ildə Bakıda keçirilən 13-

cü  Beynəlxalq  Səyahət  və  Turizm  Sərgisində  ortaq  foto-

sərgi ilə iştirak etmişdir. 



Türkdilli ölkələrin biznes dairələri arasında əməkdaşlığın 

daha da genişlənməsi üçün hansı işlər görülür və bu sahədə 

gələcək fəaliyyətin başlıca istiqamətləri nədən ibarətdr?

Türk  Şurası  iqtisadiyyatdan  məsul  nazirlərin  2011-

ci  ilin  oktyabr  ayında  Astanada  keçirilən  birinci  iclasında 

ölkələr  arasında  iqtisadi  əməkdaşlığın  inkişaf  etdirilməsi 

məqsədilə  dörd  işçi  qrupunun  yaradılmasına  qərar  veril-

mişdir.  Bunlar  sərmayə  mühitinin  yaxşılaşdırılması,  İqti-

sadiyyatın  şaxələndirilməsi,  iqtisadi 

münasibətlərin  əsası  kimi  sahibkarlıq 

və nəqliyyatdır.

Sərmayə  mühitinin  yaxşılaşdırıl-

ması,  İqtisadiyyatın  şaxələndirilməsi 

və  iqtisadi  münasibətlərin  əsası  kimi 

Sahibkarlıq  İşçi  Qruplarının  5-ci  iclası 

19 iyunda İssık-göldə, Qırğız Respub-

likasında keçirilmişdir. İclasda sərmayə 

statistikası  sahəsində  əməkdaşlıq 

və  Sərmayə  mühiti  ilə  bağlı  təcrübə 

mübadiləsi  üzrə  anlaşma  memoran-

dumlarının  layihələri,  investorlar/iş 

adamları  üçün  Qazaxıstana  texniki 

səfərin  təşkili,  üzv  dövlətlərdə  xüsu-

si  iqtisadi  zonalarla  bağlı  məlumat 

mübadiləsi, Türk Biznes Mükafatı, Türk 

Şurası  biznes  forumları,  Türk  Şurası 

üzv dövlətlərin kiçik və orta sahibkar-

lıqdan məsul Dövlət Qurumları arasında Anlaşma Memo-

randumu,  gənc  və  qadın  iş  adamlarını  həvəsləndirmək, 

dəstəkləmək və təşviq etmək məqsədilə məlumat, təcrübə 

mübadiləsi  üçün  seminar  və  iclasların  keçirilməsi  və  s. 

məsələlər müzakirə olunmuşdur.

19  fevralda  Azərbaycan,  Qazaxıstan,  Qırğız  Respubli-

kası və Türkiyədən iqtisadiyyatın müxtəlif sahələrini təmsil 

edən 100-dən çox iş adamının iştirakı ilə İstanbulda Türkiyə 

Odalar və Borsalar Birliyinin (TOBB) binasında 2-ci Türk Şu-

rası Biznes Forumu baş tutmuşdur. Rəsmi hissədən sonra iş 

adamlarının ikitərəfli görüşləri olmuş, həmin gün TOBB bi-

nasında Türk İşgüzar Şurasının ikinci iclası keçirilmişdir. 

24  oktyabrda  Azərbaycan,  Qazaxıstan,  Qırğız  Res-

publikası  və  Türkiyədən  iqtisadiyyatın  müxtəlif  sahələrini 

təmsil  edən  150-dən  çox  iş  adamının  iştirakı  ilə  Naxçı-

vanda Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının ev 

sahibliyində  3-cü  Türk  Şurası  Biznes  Forumu  təşkil  olun-

muşdur.  Rəsmi  hissədən  sonra  iş  adamlarının  ikitərəfli 

görüşləri  keçirilmişdir.  Həmin  gün  Türk  İşgüzar  Şurasının 

3-cü iclası baş tutmuşdur.

Ötən il iş adamları, həmçinin, Qazaxıstana texniki səfər 

etmiş, orada mövcud olan sənaye obyektləri ilə yerindəcə 

tanış olmuşlar. 

Yuxarıda  qeyd  olunan  tədbirlər  üzv  ölkələrimizin  iş 

adamlarını  yaxınlaşdırır,  onların  arasında  əməkdaşlığın 

daha  da  inkişaf  etməsinə  öz  töhfəsini  verir.  Türkdilli 

dövlətlərin  biznes  dairələri  arasında  əməkdaşlığın  daha 

Ö

lkələrimiz  arasında  iqtisadi  münasibətlərin  inkişaf 



etdirilməsi  əsas  hədəflərimizdən  biridir.  Bunun  üçün 

istər  gömrük  keçidləri,  istərsə  də  nəqliyyat  sahəsindəki 

əngəllərin aradan qaldırılması ilə bağlı işlər görüləcəkdir. Üzv 

dövlətlərimiz  arasında  Çoxmodlu  Yükdaşıma  Anlaşmasının 

müzakirələri başlanmışdır. Tarixi İpək Yolunun canlandırılma-

sı istiqamətində işlər davam edir. Üzv ölkələrimizdə olan İpək 

Rüzgarı,  Aktau  limanının  genişləndirilməsi,  Ələt  limanının 

inşa edilməsi, Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələrin 

başa  çatmasından  sonra  sınaq  yük  qatarı  səfərinin  həyata 

keçirilməsi  planlaşdırılır.  Beləliklə,  Asiya  ilə  Avropa  arasında 

olan mərkəz koridoru işlək hala gətiriləcəkdir.




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin