44
EcoVision
ƏSAS MÖVZU
Ramil müəllim, öncə Türkdilli Ölkələrin Əməkdaşlıq
Şurasının baş katibi kimi fəaliyyətə başlamağınız
münasibətilə Sizi təbrik edir, “EcoVision” jurnalı olaraq
fəaliyyətinizdə uğurlar arzulayırıq. 2014-cü il Türkdilli
Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyətində nə ilə
yadda qaldı?
Təbriklərinizə görə təşəkkürümü bildirir, gələcək
fəaliyyətində jurnalınıza uğurlar arzu edirəm.
İlk olaraq qeyd etmək istərdim ki, 2014-cü ilin 4-5
iyun tarixlərində Türkiyə Respublikasının Prezidenti
Abdullah Gülün ev sahibliyində Bodrum şəhərində
Türk Şurasının “Turizm sahəsində əməkdaşlıq” möv-
zusunda Dördüncü Zirvə Görüşü keçirilmişdir. Zirvə
görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Qa-
zaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğız
Respublikasının Prezidenti Almazbek Atambayev və
Türkmənistan Prezidenti Qurbanqulu Berdımuham-
medov iştirak etmişlər.
Ötən il ərzində siyasi və iqtisadi sahələrdə
əməkdaşlığa əlavə olaraq Türk Şurasının fəaliyyətləri
nəqliyyat, turizm, təhsil, diaspor və media da daxil
olmaqla prioritet sahələri əhatə etmişdir. Türk Şura-
sının yaranmasında əsas ideya və bizim də ən əsas
məqsədimiz Türk dünyasında regional əməkdaşlıq və
inteqrasiyaya yol açaraq üzv dövlətlərimiz arasında
ikitərəfli münasibətlərin dördtərəfli münasibətlərə
çevrilməsindən ibarətdir.
Türk Şurası üzv dövlətlər arasında istənilən
əməkdaşlıq üçün çətir təşkilat fəaliyyətini həyata
keçirir. Belə ki, ötən ildə “Türk Akademiyasının təsis
edilməsi haqqında Saziş”in və “Türk Mədəniyyəti və
Mirası Fondunun Nizamnaməsi”nin bütün ölkələr
tərəfindən ratifikasiya olunmasına və qüvvəyə
minməsinə nail olduq.
Dördüncü Zirvə Görüşünün mövzusu “Turizm
sahəsində əməkdaşlıq” olduğu üçün 11 apreldə Türk
Şurası turizmdən məsul nazirlər İstanbulda toplaşaraq
turizm sahəsində əməkdaşlıq məsələlərini müzakirə
etmişlər. 10 apreldə isə Turizm İşçi Qrupunun iclası
keçirilmişdir.
Türk Universitetlər Birliyinin yaradılması prosesi
yekunlaşmışdır. 17 oktyabrda Ərzurum Universiteti-
nin ev sahibliyində Birliyin Birinci Baş Assambleyası
keçirilmiş və digər məsələlərin müzakirəsi ilə yanaşı,
Türk Şurası Türk Universitetlər Birliyi Tələbə Şurasının
Direktivi imzalanmışdır.
Təhlükəsizlik məsləhətləşmələrinin ikinci iclası
martın 5-də Astanada baş tutmuşdur. Tərəflər Uk-
raynadakı vəziyyət, Ermənistan–Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı son irəliləyişlər və Türk
Kipri ilə Yunan Kipri arasında tam məskunlaşmaya
Dostları ilə paylaş: |