46
EcoVision
ƏSAS MÖVZU
da genişlənməsi üçün bu kimi tədbirlərin həyata
keçirilməsi gələcəkdə də davam etdiriləcək.
Ortaq sərmayələr fondunun yaradılması da
qarşıya qoyulmuş hədəflər sırasındadır. Bu fondun
yaradılmasında məqsəd nədir?
Dövlət başçıları hər zaman Türk Şurası çərçivə-
sində iqtisadi əməkdaşlığın dərinləşdirilməsini və
qarşılıqlı investisiyaların qoyuluşunun maraqlarımızı
təmin edəcəyini, eyni zamanda, birliyimizi daha da
möhkəmləndirəcəyini söyləyirlər.
5 iyunda Bodrumda keçirilən 4-cü Zirvə
Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev inves-
tisiya imkanlarının araşdırılmasını və üçüncü ölkələrə
birgə investisiya layihələri ilə çıxmağımızın növbəti
dövr üçün diqqətəlayiq məsələlərdən biri olduğunu
bildirmiş və birgə investisiya fondunun yaradılmasını
təklif etmişdir.
Bu məqsədlə birgə investisiya fondunun ya-
radılması məsələsi Türk Şurasının iqtisadiyyatdan
məsul nazirlərinin gündəliyinə salınmışdır. Bununla
bağlı olaraq Türk Şurası Katibliyi fondun konsepsi-
ya sənədini hazırlayaraq tərəflərə təqdim etmişdir.
Məsələ Sərmayə mühitinin yaxşılaşdırılması İşçi Qru-
punun bu ilin mart ayında keçiriləcək növbəti iclasın-
da müzakirə olunacaq.
Artıq Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına daxil
olan ölkələrin diasporunun beynəlxalq mövqeyini
daha da gücləndirmək, təsir dairəsini genişləndirmək
üçün ortaq regional diaspor mərkəzlərinin yaradılması
prosesinə başlanılıb. Gələcəkdə bu istiqamətdə hansı
fəaliyyətlər planlaşdırılır?
26 sentyabr 2012-ci ildə Nyu Yorkda təşkil olunmuş
işçi naharı zamanı Türk Şurası xarici işlər nazirlərinin
təklifinə əsasən, Katiblik diaspor məsələlərindən
məsul dövlət qurumlarının iclasının keçirilməsini təklif
etmişdir.
Bununla bağlı 24 yanvar 2013-cü ildə Bakıda
Azərbaycanın ev sahibliyində diaspor məsələlərindən
məsul nazirlər və qurum rəhbərlərinin 1-ci iclası ke-
çirilmişdir. Diasporstrategiyasının hazırlanması və
yerinə yetirilməsi məqsədilə Türk Şurası nəzdində
diaspor təmas qrupunun yaradılmasına və 2013-
cü ildə dünyada fəaliyyət göstərən türkdilli diaspor
təşkilatları rəhbərlərinin forumunun keçirilməsinə
razılıq verilmişdir.
Türkiyənin ev sahibliyində diaspor məsələlərindən
məsul nazirlər və qurum rəhbərlərinin 14 may 2013-
cü ildə Ankarada keçirilən 2-ci iclasında “Türkdilli
Diaspor Birgə Fəaliyyət Strategiyası” qərarla təsdiq
olunmuşdur.
Azərbaycanın ev sahibliyində 21 iyun 2013-cü
ildə Bakıda 1-ci Diaspor Forumu baş tutmuşdur.
Forumda Azərbaycan, Qazaxıstan, Qırğız Respub-
likası və Türkiyənin diaspor məsələlərindən məsul
nazirlər və qurum rəhbərləri, dövlət rəsmiləri və
dünyanın 50 ölkəsindən 600-dən çox nümayəndə
iştirak etmişdir. Forumun əvvəlində Azərbaycan,
Qazaxıstan və Türkiyə prezidentlərinin forum işti-
rakçılarına müraciətləri oxundu. Forum iştirakçıları
da üzv dövlətlərin prezidentlərinə müraciətlə cavab
verdilər. Bakı Bəyannaməsi qəbul olundu, Strategiya
ictimaiyyətə açıqlandı. Eyni zamanda, regional dias-
por mərkəzlərinin yaradılması tövsiyə edildi.
3-4 fevral 2014-cü il tarixlərində İstanbulda
keçirilən Diaspor üzrə Təmas Qrupunun ikinci ic-
lasında Diasporlar üçün Birgə Fəaliyyət Planı və Di-
aspor Regional Mərkəzlərinin Nizamnaməsi qəbul
edilmişdir. İlk olaraq diaspor regional mərkəzlərinin
ABŞ, Almaniya, Fransa və Ukraynada qurulması
məqsədəuyğun hesab olunmuşdur.
Bunların nəticəsi olaraq 24 dekabr 2014-cü ildə
Kiyevdə Ukrayna Azərbaycanlıları Birləşmiş Dias-
porunun binasında ilk Türk Şurası Diaspor Regio-
nal Mərkəzi yaradılmışdır. Yaxın zamanlarda digər 3
ölkədə – ABŞ, Almaniya və Fransada da diaspor regi-
onal mərkəzlərini yaradacağıq.
Regional mərkəzlərin məqsədi türkdilli ölkələrin di-
asporlarının təşkilatlanma prosesinə dəstək verilməsi,
türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının
fəaliyyətinin koordinasiya olunması və birgə fəaliyyət
göstərilməsindən ibarətdir. Bütün mərkəzlər yaran-
dıqdan sonra Diaspor Təmas Qrupu mərkəzlər üçün
ortaq fəaliyyət planı hazırlayacaq. Türk Şurası Katib-
47
liyi də planın həyata keçirilməsinə nəzarət edəcək. Plan-
da, əsasən, ölkələrimizi maraqlandıran və diasporlarımızın
mənafeyini güdən məsələlər öz əksini tapacaq.
Dostları ilə paylaş: |