EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə76/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   72   73   74   75   76   77   78   79   ...   107
42

EcoVision

ƏSAS MÖVZU 

dəmiryol  xəttini  Asiya  və  Avropa  nəqliyyat  xəttinə 

birləşdirəcək strateji əhəmiyyətə malik limanlardır. 

BTQ vasitəsilə illik 1 milyon sərnişin və 15 milyon 

ton  yük  daşınması  nəzərdə  tutulur.  Aktau–Urumçu 

dəmiryol  xəttinin  tamamlanması  ilə  bu  xəttin  BTQ 

ilə birləşdirilməsi nəzərdə tutulur ki, bu da dəmir yo-

lunun Şərq–Qərb istiqamətində  yük daşımaçılığı və 

ticarətində rolunu artıracaq. Qazaxıstan BTQ-yə illik 

10  milyon  ton  karqo  yükü  verəcəyini  açıqlamışdır. 

Tərəflər  Çinin    də  BTQ  karqo  daşımaçılığına  dəstək 

verməyini müzakirə edir. 

Digər  tərəfdən,  Türkiyə  daxilində  QarslaƏdirnə 

arasında  sürətli  dəmir  yol  xəttinin  çəkilməsi  də 

qərarlaşdırılıb  və  kredit  ayrılıbdır.  Türkiyə  tərəfinin 

bu xətti uğurla başa çatdırmasından sonra BTQ ma-

gistralı XXI əsrdə İpək yolunun çox vacib bir hissəsi 

olacaq.  

Azərbaycan, Rusiya və İran arasında Şimal-Cənub 

dəmir yolunun çəkilməsi üçün müqavilə imzalanmış-

dır. Bu xətt də həyata keçəndən sonra BTQ-yə qoşu-

lacaq. 

Region 

dövlətləri 

arasında 

münasibətlərin 

möhkəmlənməsi 

və 

yeni 

layihələrin 

həyata 

keçirilməsi  regionun  təhlükəsizliyinin  və  sabitliyinin 

möhkəmlənməsinə  xidmət  edir.  Son  zamanlarda 

Türkiyə–Rusiya  münasibətlərinin  inkişafını  necə 

qiymətləndirirsiniz?

Ümumiyyətlə, Azərbaycan regional və beynəlxalq 

güclərin  bölgədə  rəqabətindən  çox  əməkdaşlığında 

maraqlıdır.  Bu  mənada  Azərbaycan  regional  və  qlo-

bal  güclərlə  münasibətlərini  suverenlik  və  torpaq 

bütövlüyünə hörmət çərçivəsində qurur. 

Azərbaycanın  Türkiyə  ilə  münasibətləri  qardaşlıq 

və  maraqların  örtüşməsi  üstünə  qurulub.  Regional 

siyasətdə Türkiyə Azərbaycan üçün mühüm bir stra-

teji partnyordur.

Azərbaycan–Rusiya  münasibətləri  də  strateji 

müttəfiqliyə söykənir. Azərbaycan Qərblə Rusiya ara-

sında davam edən geopolitik mübarizədə yer almaq 

və ya tərəf olmaq istəmir. Rusiya ilə münasibətlərini 

bu  rəqabətdən  qorumağa  çalışır.  Azərbaycan  Prezi-

denti İlham Əliyevin son Davos Zirvəsində dedikləri 

də buna nümunədir.

Bu  mənada  Rusiya–Türkiyə  münasibətlərinin 

rəqabətdən  uzaq  əməkdaşlıq  çərçivəsində  davam 

etməsi  Azərbaycanın  maraqlarına  uyğundur.  Bildiyi-

niz kimi, həm Türkiyə, həm də Azərbaycan müstəqil 

xarici siyasət kursuna sadiq qalaraq Ukraynanın ərazi 

bütövlüyünü dəstəklədi, eyni zamanda Rusiyaya qarşı 

sanksiyalara dəstək vermədi.Çünki Azərbaycan işğal-

çı Ermənistana qarşı bu sanksiyaları tətbiq etməyən 

Aİ-nin  bu  siyasətini  ikili  standartın  təzahürü  kimi 

qiymətləndirir. 

Azərbaycanın  xarici  siyasətində  iqtisadiyyat  və 

ticarətin rolunu görmək üçün regional layihələrdə al-

dığı rola baxmaq kifayətdir. Azərbaycanın həm Türkiyə 

və  Gürcüstanda,  həm  də  Rusiyada  mühüm  sərmayə 

yatırımları var və bu ölkələrlə ticari-iqtisadi əlaqələrin 

inkişafını sadəcə sözdə deyil, əməldə də dəstəkləyir. 

Rusiya Qərbin tətbiq etdiyi sanksiyalardan qorun-

maq  üçün  qonşu  dövlətlərlə  münasibətlərini  inkişaf 

etdirməyə çalışır və bu səbəbdən Rusiya rəsmilərinin 

son  aylarda  qonşu  dövlətlərə  səfərləri  artmışdır. 

Rusiya  Federasiyasının  Prezidenti  Vladimir  Putinin 

Türkiyəyə son səfərində tərəfləri ən çox maraqlandı-

ran iqtisadi-ticari münasibətlərin inkişafı oldu. Türkiyə 

Rusiya  təbii  qazının  Avropaya  getməsi  üçün  alter-

nativ  istiqamətdir.  Putin  Türkiyə  səfərində  Ukrayna 

üstündən  Avropaya  satacağı  təbii  qaz  boru  xəttinin 

istiqamətini  dəyişdirərək  Türkiyədən  keçirəcəyini 

açıqladı.

Türkiyə qonşu ölkələrlə bu istiqamətdə əlaqələrini 

inkişaf etdirərək Qərbdən iqtisadi asılılığını azaltma-

ğa çalışır. Türkiyə Avrasiya İttifaqına üzv olan ölkələrlə 

iqtisadiyyatına dəyəcək ziyanın qarşısını almaq üçün 

İttifaqla  müqavilə  imzalamaq  istəyir.  Türkiyə  artan 

enerji  tələbatını  qarşılamaq  üçün  Rusiya  ilə  ener-

ji  əlaqələrini  inkişaf  etdirmək  istəyir.  Putinin  səfəri 

zamanı  təklif  olunan  Türk  Axımı  layihəsi,  Türkiyəyə 

veriləcək qazın qiymətinin azaldılması və həcminin ar-

tırılması Ankara üçün müsbət oldu. Türkiyə Rusiya ba-

zarında Qərb şirkətlərinin yerini doldurmaq, sanksiya-

lara qoşulmayaraq Rusiyaya ixracatını artırmaq istəyir. 

Qısacası,  artıq  Türkiyə–Rusiya  münasibətlərində  so-

yuq müharibə dövrünün qanunları işləmir. 


Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin