38
EcoVision
SAHİBKAR
dan kənarda şəxsi həyatım üçün də vaxt qalsın. İş
saatları çox yoğun keçir. Bizim işimiz insanların vü-
cudunda dolaşan qan kimidir. İnsanın vücudunda
qan durmadığı kimi, bizim fəaliyyətimiz də beləcə
davam edir. Biz burada yatdığımız zaman dünyanın
başqa bir tərəfində insanlar çalışır. Biz burada çalış-
dığımız zaman dünyanın başqa bir tərəfi yatır. Do-
layısı ilə bəzən 24 saatlıq bir fəaliyyətimiz ola bilər.
Bir nümunə deyim. Amerikadan hər hansı bir sifariş
gələn zaman bəzən gecə də onlarla əlaqə yaratmaq
üçün çalışırıq. Amma dediyim kimi, mümkün olduğu
qədər çalışıram ki, işdən əlavə də özümə vaxt ayı-
ra bilim. Universitet illərindən qalma bir çox sosial
fəaliyyətləri davam etdirməyə çalışıram.
Azərbaycana gəldikdən sonra məktəb illərindən
əsas məşğuliyyətim olan kitab oxuma məşğuliyyətimi
davam etdirirəm. Bununla yanaşı, fotoqraflıqla da
universitet illərindən maraqlanırdım. İndi də bəzən
boş vaxtlarımda bu fəaliyyətlə məşğul oluram. Özü-
mü inkişaf etdirdiyim layihələrdə də yer alıram.
Bunlar işdən kənarda məni həyata bağlayan ən
önəmli fəaliyyətlərdir. İş və işlə birlikdə həyata keçirə
biləcəyimiz sosial fəaliyyətlər, əslində, işdəki uğurla-
rımıza daha da müsbət təsir etmiş olur.
İşdəki uğurlarla kifayətlənmək olmaz, bəlkə hər
hansı bir sənətdə də müəyyən uğurlu fəaliyyətiniz
ola bilər. Bəzən bu fəaliyyətlər daha çox qalıcı, uzu-
nömürlü olur.
"Network Global Logistik" şirkəti neçə ildir
Azərbaycanda fəaliyyət göstərir. Bəs əsas fəaliyyət
istiqaməti nədən ibarətdir?
"Network Global Logistik" şirkəti Azərbaycanda
2011-ci ilin 19 noyabrında rəsmi olaraq fəaliyyətə
başlayıb. Türkiyə və dünyada bir çox şirkətlərə
qlobal standartlarla daşımaçılıq xidməti göstərən
“Network Global Logistics” beynəlxalq ticarət baza-
rındakı ehtiyacları yaxından izləyərək müştərilərinə
aşağı xərclərlə keyfiyyətli xidmət göstərir. Quru,
dəniz, dəmir və hava yolu daşımaçılığı sahəsində
müştərilərin bütün ehtiyaclarına yönəlik xidmətlər
təklif edirik.
“Network Global Logistics” təqdim etdiyi
xidmətin keyfiyyətini davamlı inkişaf etdirərək logis-
tika sektorunun irəliləməsinə öz töhfəsini verir.
Bir çox ölkələrdə yükdaşıyan maşınlarımız
fəaliyyətdədir. Bununla yanaşı, gəmi, vaqon daşıma-
larının da təşkilini həyata keçiririk. Şirkətin mərkəzi
ofisi İstanbulda yerləşir, ancaq İtaliyada, Qazaxıs-
tanda, Türkmənistanda, Gürcüstanda və Türkiyənin
liman şəhərlərində də şöbələri fəaliyyət göstərir.
Necə oldu ki, bu sektorda fəaliyyətə başladınız?
Öncə qeyd etdiyim kimi, mən fizika fənni üzrə
təhsil almışam. Əslində, baxsaq görərik ki, logisti-
ka ilə mühəndislik sektoru bir-birinə bağlıdır. Yaxşı
fizik olmaq üçün həm də yaxşı riyaziyyatçı olmaq
lazımdır. Logistika sektorunda uğur qazanmaq üçün
yaxşı mühəndis, riyaziyyatçı olmaq üstünlükdür:
analitik həll etmək bacarığınıza təsir edir, praktik
düşünürsünüz. Layihə logistikası sahəsində çalışdı-
ğım müddətdə təhsil aldığım sahənin üstünlüyünü,
müsbət təsirini gördüm. Riyazi bilikləri olan şəxslərin
hadisəyə fərqli baxışı olur. Əzbərçi yanaşması olmaz
və hadisəyə baxdığınız zaman həll edə bilmək ba-
carığınıza çox böyük təsiri olar. Bu mənada mənim
bu sektorda fəaliyyətə başlamağım təsadüfi olsa da,
fizik olmağımın üstünlüyünü artıqlaması ilə hiss et-
dim.
Dostları ilə paylaş: |