xidmətlər spektrini təqdim edir.
37
SAHİBKAR
Hörmətli Oktay bəy, ATİB-in “EcoVision” jurnalının
“Sahibkar” rubrikasına müsahibə verməyə razılaşdığınız
üçün təşəkkür edirik. Bu rubrikada məqsəd ATİB üzvü olan
şirkət rəhbərlərinin və sahibkarların həyatını və təcrübəsini
oxucularımızla bölüşməkdir. Öncə xahiş edirik oxuculara
şəxsi və karyera həyatınızla bağlı məlumat verəsiniz.
Mən də, öz növbəmdə, sizə təşəkkürümü bildirirəm
ki, hər dəfə maraqla oxuduğumuz “EcoVision”
jurnalının“Sahibkar” rubrikasının budəfəki qonağı bizi seç-
misiniz. Mən 1997-2003-cü illərdə Türkiyənin ən qədim
universiteti olan İstanbul Universitetinin Fizika bölümündə
təhsil almışam. 2004-2005-ci illərdə logistika ilə bağlı proq-
ramda təhsilimi davam etdirmişəm. 2003-cü ildən logistika
sektorunda fəaliyyətə başlamışam. 2011-ci ildən “Network
Global Logistik”lə karyeramı davam etdirirəm. 2011-ci ilin
11-ci ayında Azərbaycanda şöbəmizi açdıq. O gündən
etibarən Azərbaycanda fəaliyyət göstərirəm. Təhsilimi əsas
elmlər sahəsində başlasam da, sonradan Türkiyədə ilk lo-
gistika proqramına qatılaraq bu sahədə də öz biliklərimi
inkişaf etdirdim.
Təhsil və sektorun içində ümumilikdə 10-12 ildir
fəaliyyət göstərirəm. Bundan sonrakı planlarla bağlı soruş-
sanız, deyə bilərəm ki, bu sektorda hər zaman dəyişikliklər
baş verir. Hər zaman yeniliklərlə ayaq-
laşmaq məcburiyyətindəyik. Dolayısı
ilə həm bu, həm də fərdi inkişaf baxı-
mından bir çox sahədə özümüzü inki-
şaf etdirməkdəyik.
Bizim işimiz elədir ki, 24 saat ça-
lışmaq məcburiyyətində oluruq.
Amma çalışıram ki, iş vaxtlarında işimi
düzgün yerinə yetirim ki, iş vaxtın-
Dostları ilə paylaş: