aXa MBaSK-dan “İkitərəfli sığorta”
AXA MBASK Sığorta Şirkəti sı-
ğorta
məhsullarının
çeşidini
genişləndirməkdə davam edir.
Bu dəfə sığortaçı avtomobil
sahiblərinin mülki məsuliyyətinin ic-
bari sığortası şəhadətnaməsi almış
müştərilərinə "İkitərəfli sığorta" adlı unikal sığorta paketi
hazırlamışdır.
AXA MBASK şirkətinin yeni "İkitərəfli sığorta"
məhsulu yol-nəqliyyət hadisəsi zamanı avtomobil
sahiblərinin rahatlığını təmin etmək üçün hər iki tərəfi,
yəni həm hadisənin baş verməsində təqsirli olan avtomo-
bil sahibini, həm zərərcəkmiş üçüncü şəxsləri qoruma al-
tına alır. Belə ki, sığorta hadisəsi zamanı üçüncü şəxslərin
həyatına, sağlamlığına və (və ya) əmlakına dəyən zərərin
əvəzinin ödənilməsi ilə yanaşı, sığorta hadisəsinin baş
verməsində təqsirli şəxsin öz avtomobilinə dəymiş
zərərlər də ödənilir.
Əlavə olaraq, bu məhsul sığorta ödənişinin vеrilməsi
üçün tələb olunan sənədlərin toplanması xərclərinin və
hadisədən sonra həm sığortalının, həm qarşı tərəfin
nəqliyyat xərclərinin əvəzinin ödənilməsi kimi xidmətləri
əhatə edir.
Yeni məhsulun daha bir üstünlüyü ondan ibarətdir ki,
sığorta məbləği sığorta ödənişi verildikdən sonra azal-
mır və sığorta müddəti ərzində hər bir hadisəyə şamil
edilir. Həmçinin bu məhsul üzrə azadolma tətbiq edilmir.
Bir daha qeyd edək ki, “İkitərəfli sığorta” yal-
nız AXA MBASK Sığorta Şirkətində avtonəqliyyat
vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığorta
şəhadətnaməsi yazdırmış müştərilərinə təklif olunur.
"İkitərəfli sığorta" əldə etmək üçün Bakıda və region-
larda şirkətin sizə yaxın olan sığorta agentliyinə müraciət
etmək kifayətdir.
Daha ətraflı məlumatı (012) 950 nömrəsinə zəng
edib və ya http://www.axambask.az/az/icbari-57 linkinə
daxil olaraq almaq olar.
Sığorta bazarının liderlərindən olan AXA MBASK Sı-
ğorta Şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biz-
nes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi
prosesinə başlayıb.
Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inki-
şaf planı həyata keçirilməklə, qısa müddət ərzində bütün
Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə
maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri
üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı
məntəqəsi açılmışdır.
Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-
vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman
ərzində “İlin sığorta şirkəti” kimi altı beynəlxalq və milli
mükafatlara layiq görülməsinə gətirib çıxarmışdır.
Dostları ilə paylaş: |