EcoVision



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə77/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   73   74   75   76   77   78   79   80   ...   107
Proqnozlaşdırılır ki, növbəti 7-8 il ərzində təqribən 

20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə 

iqtisadiyyatına yatırılacaq. Bu, ölkəmizin xaricə yatırdığı 

ən böyük sərmayə olacaqdır. Bu investisiyalar daha çox 

hansı istiqamətlərə yönələ bilər?

Fərqli  hesablamalara  görə,  Türkiyədə  1100 

Azərbaycan  şirkəti  fəaliyyət  göstərir.  Lakin  bildiyiniz 

kimi,  Azərbaycanın  Türkiyədəki  ən  böyük  sərmayəsi 




43

neft,  qaz  və  neft-kimya  sahəsindədir.  Azərbaycan  Dövlət 

Neft Şirkəti “Petkim” şirkətini satın aldı. Onun tərkibindəki 

14 zavodda 50-dən çox strateji neft kimya məhsulu isteh-

sal olunur. 

SOCAR İzmirin Əliağa yarımadasında böyük bir layihə 

həyata keçirir. 10 milyon ton xam neft həcmi olan "Star" 

Neftayrıma  Zavodu  tikilir.  Bundan  başqa,  Egey  dənizində 

Türkiyənin üçüncü, Egey dənizinin isə birinci ən böyük li-

manı olan Petlim tikilir. Türkiyənin alternativ enerji ehtiya-

cının  qarşılanmağına  dəstək  vermək  üçün  külək-elektrik 

stansiyası da inşa olunur. “Petkim A.Ş.”nin tərkibində qu-

rulan “SOCAR gaz”isə Türkiyə təbii qaz bazarında qazpay-

lama  icazəsini  aldı  və  Azərbaycandan  gedən  1.2  milyard 

kubmetr qazı “SOCAR gaz” paylayacaq. Bütün bu layihələr 

həyata  keçərsə,  Türkiyənin  büdcə  kəsiri  10  milyard  dol-

lar  azalacaq.  SOCAR  bu  layihələr  üçün  9  milyard  dollar 

sərmayə yatırmağı planlaşdırır. 

Davamlı  inkişaf  edən  ölkə  olaraq  Türkiyənin  2023-cü 

ilə qədər enerji sahəsində 120 milyard dollarlıq sərmayəyə 

ehtiyacı vardır. 2020-ci ilə qədər bunun 20 milyard dollarını 

Azərbaycan yatıracaq. 



Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq 

eyni  zamanda  bölgədə  sülh  və  təhlükəsizliyin  təmini 

baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan 2014-

cü ildə iki ölkə arasındakı əməkdaşlığı necə dəyərləndirirsiniz?

Bölgədə  sülh  və  təhlükəsizliyə  qarşı  ən  böyük  təhdid 

Ermənistanın  Azərbaycan  torpaqlarını  işğal  etməsidir. 

Təəssüflər  olsun  ki,  diplomatik  görüşmələrdə  heç  bir 

irəliləyiş  əldə  olunmur  və  Ermənistan  status-kvonun  qo-

runması  üçün  əlindən  gələni  edir.  Ermənistan  tez-tez 

atəşkəsi pozur və hətta Azərbaycan Ordusunun hissələrinə 

hücumlar edir. Bu isə regionda yeni bir müharibə ehtima-

lını artırır. 

19  avqust  2014-cü  ildə  Naxçıvanda  Azərbaycan–

Türkiyə–Gürcüstan  müdafiə  nazirləri  arasında  keçirilən 

üçlü  görüşmə,  əslində,  işğalcı  qüvvələrə  qarşı  bir  mesaj-

dır.  2014-cü  ilin  sentyabr-oktyabr  aylarında  isə  ilk  dəfə 

Azərbaycan Respublikasında hərbi hava qüvvələrinin birgə 

təlimi keçirilmişdir.

Ayrıca,  Yaxın  Şərqdə  başlayan  və  Ukraynada  davam 

edən hadisələr Cənubi Qafqaz regionunun təhlükəsizliyinə 

təsirsiz ötə bilməz. Bu mənada Azərbaycan və Türkiyə ara-

sında  hərbi  əməkdaşlıq  yeni  təhdidlərə  qarşı  hər  zaman 

tərəflərin  hazır  olduğunu  göstərir.  Məsələn,  2014-cü  ilin 

fevral  ayında  Türkiyə  Respublikasının    Qars  bölgəsində 

Azərbaycan–Türkiyə birgə hərbi təlimi keçirildi, aprel ayının 

1-də Türkiyə Baş Qərargah rəisi Necdət Özəl Bakıya səfərə 

gəldi, Azərbaycan Müdafiə Nazirliyi və Türkiyə Respublika-

sı Baş Qərargahı arasında ikitərəfli hərbi əlaqələrin həyata 

keçirilməsinə dair saziş imzalandı. 

2015-ci  ildə  isə  Azərbaycan  və 

Türkiyə  Silahlı  qüvvələrinin  birgə 

təlimi,  "İşik–2015"  və  "Anadolu  Qar-

talı–2015"  hərbi  hava  qüvvələri 

təlimlərinin  keçirilməsi,  eyni  za-

manda,  Türkiyə  Silahlı  Qüvvələrində 

keçiriləcək milli təlimlərdə Azərbaycan 

Silahlı  Qüvvələrinin  heyətinin  iştirakı 

da planlaşdırılır. 

Bundan sonrakı mərhələdə iki ölkə 

arasında  müdafiə  sənayesi  sahəsində 

əməkdaşlığın artacağını görəcəyik. 15 yanvar 2014-cü ildə 

Türkiyədə  keçirilən  Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq 

Şurasının  IV  iclasında  tərəflər  bu  qərarı  qəbul  etdilər.  Bu 

isə  müdafiə  sənayesi  sahəsində  təcrübələrin  bölüşülməsi 

və birgə istehsalın həyata keçirilməsinə xidmət edəcək.



2015-ci  ildə  iki  ölkə  arasında  iqtisadi  və  ticarət 

münasibətlərinin perspektivləri ilə bağlı nə deyə bilərsiniz?

Türkiyənin  Azərbaycandakı  sərmayəsinin  1.5  milyard 

dolları  qeyri-neft  sektorundadır.  Bu  miqdar  önümüzdəki 

illərdə  arta  bilər.  Azərbaycan  tərəfi  Türkiyə  şirkətlərinin 

Azərbaycanda  yaradılan  yeni  sərmayə  parklarına  yatı-

rımlarını  artırmağını  istəyir.  Xüsusən  trikotaj,  dəri,  inşaat 

malları,  kənd  təsərrüfatı  alətləri  kimi  sahələrdə  Türkiyə 

təcrübəsindən faydalanmaq olar. 

Külək,  günəş  kimi  alternativ  enerji  mənbələrindən 

istifadə üçün qarşılıqlı əməkdaşlıq yolları qurula bilər. Bu 

sahədə  də  artıq  razılaşmalar  var  və  layihələr  hazırlanır. 

Turizm son illərdə Azərbaycanın inkişaf etdirmək istədiyi 

qeyri-neft  sektorudur  və  bu  sahədə  tərəflər  arasında 

qarşılıqlı  sərmayə  yatırımı  yolları  tapılmalıdır.  Bunlardan 

başqa, Azərbaycan və Türkiyə şirkətləri üçüncü ölkələrdə, 

xüsusən qonşu dövlətlərin ərazisində ortaq yatırımlar edə 

bilərlər. 

Azərbaycan–Türkiyə  münasibətlərində  Naxçıvana  da 

diqqət  ayrılacaq.  BTQ  dəmiryol  layihəsi  bitdikdən  sonra 

onun  Naxçıvanadək  uzadılması  planlaşdırılır.  Ayrıca  BTQ 

təbii qaz xəttindən Naxçıvana "mavi yanacağ"ın verilməsi 

də gündəlikdə olan məsələlərdəndir. 

Nəticədə bir çox ekspert 1915-ci il hadisələrinin 100-

cü ildönümü səbəbi ilə 2015-ci ildə Azərbaycan–Türkiyə 

münasibətlərinin  imtahandan  keçəcəyi  fikrini  müdafiə 

edirdi.  Məncə,  Prezident  İlham  Əliyevin  yanvar  ayında 

həyata  keçən  Türkiyə  səfəri  ilə  ölkələrimiz  bu  imtahan-

dan müsbət keçdi. İndidən ölkələrimizin prezidentlərinin 

ən  az  üç  dəfə  görüşməsi  planlaşdırılır.  Bunlardan  ən 

əhəmiyyətliləri isə Çanaqqala zəfərinin 100-cü ildönümü 

və "G-20"-nin Türkiyədə keçirəcəyi zirvəsində keçiriləcək 

görüşlərdir. 

 

T

ürkiyənin Azərbaycandakı sərmayəsinin 1.5 milyard dolları 



qeyri-neft  sektorundadır.  Bu  miqdar  önümüzdəki  illərdə 

arta bilər. Azərbaycan tərəfi Türkiyə şirkətlərinin Azərbaycanda 

yaradılan  yeni  sərmayə  parklarına  yatırımlarını  artırmağını 

istəyir.  Xüsusən  trikotaj,  dəri,  inşaat  malları,  kənd  təsərrüfatı 

alətləri kimi sahələrdə Türkiyə təcrübəsindən faydalanmaq olar. 




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin