larla da bağlı olan bir məsələdir.
etdirmək üçün müxtəlif fəaliyyətlərdə aktiv iştirak zəruridir.
39
Uğurlu menecer olmaq üçün nə lazımdır?
Dünyada üst səviyyədəki menecerlərə nəzər yetirsək
görərik ki, çox yaxşı bir təhsil mərhələsindən keçiblər. An-
caq əlbəttə ki, bu təhsil bazası üzərində özünüzü inkişaf
etdirməzsinizsə, Harvard məzunu olsanız belə, sadəcə
Harvard məzunu olaraq qalacaqsınız. Təhsil və təcrübəni
birlikdə davam etdirmək önəmlidir. Azərbaycanlı
gənclər ölkələrinin gələcəklərinə dair bir söz sahibi ol-
maq istəyirlərsə, təhsilli olmaları ilk şərtlərdəndir. Şəxsi
keyfiyyətləri inkişaf etdirmək üçün müxtəlif fəaliyyətlərdə
aktiv iştirak zəruridir. Yaxşı bir universitetin məzunu kimi
“uğurlu bir menecer olacam” yanaşması doğru deyil.
Təhsildən sonrakı dövr-təcrübə dövrü də çox önəmlidir.
Nəzəriyyə ilə təcrübəni bir araya gətirdiyiniz zaman uğur
əldə edə bilərsiniz.
Şirkətiniz insan resursları təminatı və keyfiyyətin
yüksəldilməsi üçün hansı fəaliyyətləri həyata keçirir?
Şirkətimizin ən önəmli investisiyası insan kapitalına
yönəlik investisiyalardır. Siz milyon dollarlıq bir inves-
tisiya yatıra, gəmi, təyyarə ala bilərsiniz, amma bunla-
rı çalışdıran, hərəkətə gətirən insanları hazırlamadığınız
müddətdə uğur qazana bilməzsiniz. Bu zaman yatırımla-
rınız boşuna edilmiş olar.
İşçilərimiz təhsilli insanlar olmazsa, qoyduğumuz ya-
tırımların da bir anlamı olmaz. Bizim üçün ilk öncə insan
kapitalıdır. İnsanların biliklərinin artırılması istiqamətində
atdığımız addımlar şirkətimizin uğurlarını müəyyənləşdirir.
Çünki fəaliyyətimizin əsas hərəkətverici qüvvəsi insan re-
surslarıdır. Doğru insana doğru zamanda doğru investisi-
ya yatırmasaq, uğurlu ola bilmərik.
Strateji qərar qəbul etmək anları vardır. Bu qərarların
düzgün verilməsi bizim uğurlarımıza müsbət mənada
təsir göstərir. Bu mənada biz şirkət olaraq özümüzü uğur-
lu hesab edirik.
Yeni işə başlayan gənclərə tövsiyəniz nə olardı?
Türkiyədə logistika ilə bağlı təhsil verən qurumların
keçmişi 10-12 ili keçmir. Biz Azərbaycanda şirkətimizin
söbəsini yaradarkən bir çox çətinliklər yaşadıq. Hazırlıqlı
mütəxəssis problemi var idi.
Artıq 3 ildir Azərbaycanda fəaliyyət göstəririk.
Mənim şəxsi fikrim budur ki, gedərkən bir iz buraxaq. Bu
fəaliyyət yalnız və yalnız pul qazanmaqla bağlı deyil. Bu-
raxdığımız izlər odur ki, burada fəaliyyət göstərdiyimiz
müddətdə azərbaycanlı gənclərdən ibarət mütəxəssislər
hazırlayaq. Onlar 5, 10, 15 il sonra öz şirkətlərini qur-
sunlar, beynəlxalq şirkətlərdə üst səviyyəyə yüksəlsinlər.
Biz nə zamansa gedərkən qurduğumuz işləri özümüzlə
aparmayacağıq, kimlərəsə bu işləri təhvil verməliyik.
Əlbəttə ki, o şəxslər bizim tərəfimizdən yetişdirdiyimiz
insanlar olacaq.
Gənclərin müvəffəqiyyəti bizim
üçün maddiyyatdan öncə qürurdur.
Gənclərə tövsiyəm odur ki, artıq dün-
ya bir klaviaturanın düymələrindədir.
Məlumat uzaqda deyil, bir ekran
qədər bizim qarşımızdadır. Davam-
lı olaraq özlərini inkişaf etdirsinlər.
Digər tərəfdən,intizamlı olmaq çox
önəmlidir. Doğru yerdə, doğru za-
manda və doğru şəkildə fəaliyyətdə
olsanız, uğurlu qazanarsınız. Bunla-
rı doğru şəkildə etməyiniz üçün də
ciddi bir biliyə sahib olmalısınız. Da-
vamlı olaraq yenilikləri izləməlisiniz.
Türkiyədə belə bir fikir var: bilgi sa-
hibi olmadan fikir sahibi olmayın. Bi-
zim sektorda da bilgi sahibi olmadan fikir sahibi olmaq
mümkün deyil.
Azərbaycanda iş adamlarını bir araya gətirən ATİB kimi
birliklərin önəmi nədən ibarətdir və ATİB-in fəaliyyəti ilə
bağlı hansı tövsiyələriniz var?
İş adamları nə üçün bir araya gəlirlər, təşkilatlanırlar?
Zatən bir ticarət, xidmət fəaliyyətləri var. Hər şeydən öncə
güclənmək üçün bunu edirlər. İkincisi, bu bir vətəndaş
cəmiyyəti təşkilatıdır. Sosial bir fəaliyyət üçün insanlar bir
araya gəlir, cəmiyyətə fayda vermək üçün ortalığa işlər
qoyurlar. Müsahibə boyu mən təhsili xüsusilə vurğula-
dım. Bəli, təhsil çox önəmlidir. Ancaq işin praktik tərəfi də
məhz ATİB kimi birliklərdə, ATİB-ə üzv olan şirkətlərdədir.
Akademik mövzular müəllimlərin, universitetlərin prak-
tik vərdişləri isə fərqli sektorlarda çalışan insanların verə
biləcəyi bir işdir. ATİB-in Anadolu Universiteti Azərbaycan
Proqramlarının fəaliyyətinə dəstək verməsi gözəl
nümunədir. Düşünürəm ki, bu cür layihələri daha da
genişləndirmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən
digər universitetlərlə də bu kimi layihələr həyata keçirmək
lazımdır. Çünki təhsildən əlavə həyata keçirilən proqram-
larla tələbələr ATİB-in dəstəyi ilə işin praktik tərəflərini
öyrənə və yeni vərdişlərə yiyələnə bilərlər.
G
ənclərin müvəffəqiyyəti bizim üçün maddiyyatdan
öncə qürurdur. Gənclərə tövsiyəm odur ki, artıq dünya
bir klaviaturanın düymələrindədir. Məlumat uzaqda deyil,
bir ekran qədər bizim qarşımızdadır. Davamlı olaraq özlərini
inkişaf etdirsinlər. Digər tərəfdən, intizamlı olmaq çox
önəmlidir. Doğru yerdə, doğru zamanda və doğru şəkildə
fəaliyyətdə olsanız, uğurlu qazanarsınız. Bunları doğru
şəkildə etməyiniz üçün də ciddi bir biliyə sahib olmalısınız.
Davamlı olaraq yenilikləri izləməlisiniz. Türkiyədə belə bir fi-
kir var: bilgi sahibi olmadan fikir sahibi olmayın. Bizim sektor-
da da bilgi sahibi olmadan fikir sahibi olmaq mümkün deyil.