40
EcoVision
ƏSAS MÖVZU
2014-cü ili Azərbaycan–Türkiyə münasibətləri
baxımından necə xarakterizə etmək olar, hansı hadisələr
yadda qaldı?
2014-cü ildə Türkiyə–Azərbaycan siyasi, iqtisadi və
hərbi münasibətlərini üç istiqamətdə təhlil etmək olar:
2010-cu ildən etibarən Yaxın Şərqdə və Ukraynada
baş verən hadisələrin regionumuza təsiri; ölkələrimiz
arasında nəqliyyat, enerji layihələrinin tamamlan-
ması üçün hazırlıq işlərinin görülməsi; hərbi sahədə
əməkdaşlığın dərinləşməsi. O ki qaldı münasibətlərin
səviyyəsinə, mənə elə gəlir, dövlət rəsmiləri arasında-
kı görüşmələr bunu göstərir.
4 aprel 2014-cü ildə Türkiyə Respublikasının
Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda birgünlük
səfərdə oldu. Mətbuat konfransında Prezident İlham
Əliyev bildirdi ki, biz əlaqələrimizə zərrə qədər zərər
verə biləcək hər hansı bir addımı qəbul etmirik, imkan
vermirik və verməyəcəyik.
6 may 2014-cü ildə Tbilisdə Azərbaycan–Türkiyə–
Gürcüstan dövlət başçıları arasında üçtərəfli görüş
keçirildi. Eyni gün Prezident İlham Əliyevin başçılıq
etdiyi Azərbaycan nümayəndə heyəti ilə Prezident
Abdullah Gülün başçılıq etdiyi Türkiyə nümayəndə
heyəti arasında ikitərəfli görüş keçirildi. Sonra
Azərbaycan Prezidenti İlham Əliyev 4 iyun 2014-
cü ildə Bodrumda keçirilən Türk Şurası Zirvəsi Top-
lantısında iştirak etmək üçün səfər etdi və orada
Türkiyə rəsmiləri ilə müxtəlif görüşlər keçirdi. Avqust
ayında isə Türkiyədəki prezident seçkilərində qalib
gələn Rəcəb Tayyib Ərdoğan ənənəyə sadiq qalaraq
xaricə ilk rəsmi səfərini Azərbaycana etdi. Əhməd
Davudoğlu da Baş nazir seçildikdən sonraxaricə
ilk səfərini Azərbaycana etdi. İyul ayında Ankarada
Azərbaycan–Türkiyə hökumətlərarası müştərək iqti-
sadi komissiyanın 7-ci iclası keçirildi. İclasda ikitərəfli
ticarət əlaqələrindən başqa TANAP və Bakı–Tbilisi–
Qars (BTQ) kimi regional layihələr də müzakirə olun-
du. Mart ayında Türkiyənin Van şəhərində Türkiyə–
Azərbaycan–İran xarici işlər nazirlərinin üçtərəfli
yığıncağı, may ayında Bakıda Azərbaycan–Türkiyə–
Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli yığınca-
Dostları ilə paylaş: |