EcoVision


-cü il: azərbaycan-türkiyə strateji



Yüklə 4,06 Mb.
Pdf görüntüsü
səhifə75/107
tarix28.12.2021
ölçüsü4,06 Mb.
#17128
1   ...   71   72   73   74   75   76   77   78   ...   107
2014-cü il: azərbaycan-türkiyə strateji 

tərəfdaşlığı yeni mərhələdə

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin 

təhlili şöbəsinin müdiri Cavid Vəliyevin “EcoVision” jurnalına müsahibəsi


41

ğı oldu. Avqust ayında Naxçıvanda Türkiyə, Azərbaycan və 

Gürcüstanın müdafiə nazirləri görüşdülər. 

2014-cü  il  erməni  məsələsində  tərəflərin  bir-birinə 

dəstəyi baxımındanda əhəmiyyətli il olmuşdur. Həm ikitərəfli 

görüşlərdə,  həm  də  beynəlxalq  tədbirlərdə  dövlətlərimiz 

bu  məsələdə  bir-birinə  dəstəklərini  ifadə  etmişlər.  Aprel 

ayında keçirilən “Şərq tərəfdaşlığı” Zirvəsində Ermənistan 

prezidenti S.Sarkisyan bütün çıxışını 1915-ci il hadisələrinə 

həsr etdi. Buna cavab olaraq Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyevin  "Türkiyə  burda  yoxdur.  Amma 

mən  burdayam  və  sizin  cavabınızı  verəcəyəm"  sözləri 

Türkiyə– Azərbaycan dostluğuna böyük dəstək verdi. 

Sentyabr  ayında  Prezident  Ərdoğanın  Bakı  səfərində 

prezidentlər 2015-ci ildə qondarma erməni soyqırımı iddi-

alarına qarşı birgə mübarizə aparmaq haqqında razılaşma 

əldə etdilər. 

Ötən il həm də Azərbaycan və Türkiyənin iqtisadi həyatı, 

eləcə  də  Avropanın  enerji  bazarı  üçün  əhəmiyyətli  hesab 

olunan  layihələrlə  bağlı  atılan  addımlarla  yadda  qaldı.  Bu 

sahədə əldə olunan nailiyyətləri, baş verən mühüm hadisələri 

necə dəyərləndirirsiniz?

Burada enerji sahəsində üç hadisədən danışmaq olar. 30 

may 2014-cü ildə imzalanan müqavilə ilə TANAP layihəsində 

Türkiyənin BOTAŞ şirkətinin payı 20 faizdən 30 faizə qaldı-

rıldı.  Eyni  zamanda,  Türkiyənin  TPAO  şirkətinin  “Şahdəniz” 

sahəsindəki payı 9 faizdən 19 faizə yüksəldildi, beləcə, TPAO 

BP-dən  sonra  ikinci  böyük  paya  sahib  oldu.  Sentyabrda 

"Əsrin  müqaviləsi"nin  20-ci  ilində  “Şahdəniz”  qazını  Avro-

paya TANAP və TAP vasitəsilə çatdıracaq "Cənub" dəhlizinin 

əsası qoyuldu. 

"Cənub"  qaz  dəhlizinin  önəmli  hissəsi  Transanadolu 

qaz xəttidir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, TA-

NAP Türkiyə və Azərbaycan dövlətlərinin uğurlu siyasətinin 

nəticəsidir.  Belə  ki,  bildiyiniz  kimi,  Aİ  ölkələri  onlar  üçün 

alternativ  təbii  qaz  mənbəyi  olan  NABUCCO  layihəsini 

müxtəlif səbəblərdən həyata keçirə bilmədilər. Lakin TANAP 

Azərbaycan  sərmayəsi  ilə  həyata  keçiriləcəkdir.  TANAP-ın 

təbii  qaz  həcmi  16  milyard  kubmetr  olacaqdır.  Bunun  6 

milyardı Türkiyəyə, 10 milyardı isə TAP vasitəsilə Avropa-

ya nəql ediləcəkdir. TANAP sadəcə bir enerji layihəsi de-

yil, eyni zamanda Azərbaycanla Türkiyə arasında möhkəm 

əlaqələrin  təzahürüdür.  Son  günlərdə  həm  İraq,  həm  də 

Rusiya  qazının  Avropaya  Türkiyə  üstündən  ötürülməsinə 

dair layihələrə baxmayaraq, TANAP hələ də Türkiyə üçün 

strateji əhəmiyyətini qoruyur. 

Bakı–Tbilisi–Qars  dəmiryol  xətti  layihəsi  2015-ci  ildə 

yekunlaşacaq.  Bu  layihənin  qlobal  və  regional  əhəmiyyəti, 

yaratdığı imkanlar və perspektivlər barədə nə deyə bilərsiniz?

Azərbaycan  qlobal  siyasətdə  iki 

istiqamətdə  əhəmiyyət  daşıyır:  sahib 

olduğu  enerji  ehtiyatları  və  geopo-

litik  mövqe.  Geopolitik  əhəmiyyəti 

həm Şərq–Qərb, həm də Şimal–Cənub 

istiqamətlərində  nəqliyyat  yollarında 

yerləşməyindən  irəli  gəlir.  Türkiyə  də 

özünün coğrafi mövqeyindən faydala-

naraq strateji dəyərini artırmaq istəyir. 

Bu mənada Azərbaycan və Türkiyənin 

coğrafi  mövqeyi  kəsişir  və  maraqları 

üst-üstə  düşür.  Şərq–Qərb  enerji  və 

nəqliyyat  xətlərinin  istiqaməti  baxı-

mından  bu  iki  ölkənin  coğrafiyası  ta-

mamlayıcı  əhəmiyyətə  malikdir.  Gür-

cüstan isə bu iki ölkəni birləşdirən zəncirin halqasıdır. Hər 

üç ölkə Şərq–Qərb enerji və nəqliyyat inteqrasiya hədəfini 

öz qarşısına qoyan Aİ-nin TRASECA layihəsinin üzvüdür. 

Üç ölkəni dəmir yolu ilə birləşdirmə təklifi ilk dəfə 1993-

cü ildə Birgə Nəqliyyat Komissiyasının iclasında gündəmə 

gəlmişdir. 2002-ci ildə ölkələrimizin nəqliyyat nazirləri öz 

aralarında  xəttin  geçəcəyi  istiqaməti  razılaşdıran  bir  pro-

tokol imzaladılar, 2007-ci ildə isə üç ölkənin prezidentləri 

arasında müqavilə imzalandı və dəmir yolunun əsası qo-

yuldu. 


Bildiyiniz  kimi,  Ermənistan  Azərbaycan  torpaqla-

rını  işğal  etdiyi  üçün  bu  layihədən  kənarda  qalmışdır. 

Nəticədə  erməni  diasporunun  fəaliyyəti  nəticəsində  ABŞ 

və AB bankları layihəyə kredit verməmişlər. Bu səbəbdən 

dəmiryol layihəsi sadəcə Azərbaycan və Türkiyənin maliyyə 

dəstəyi ilə həyata keçmişdir. Belə ki, Qars–Axalkalaki dəmir 

yolunun  Gürcüstan  hissəsi  olan  29  kilometrlik  hissəsi  və 

uzunluğu  160  km  olan    Axalkalaki–Marabda  dəmiryol 

xəttinin  çəkilməsi  və  təmiri  üçün  Azərbaycan  Gürcüstana 

uzunmüddətli 775 milyon dollar kredit vermişdir. 

BTQ-nin  2015-ci  ildə  bitməsi  planlanır.  TANAP  kimi, 

BTQ də Azərbaycan və Türkiyənin siyasi iradəsi nəticəsində 

həyata  keçən  layihədir.  “Azərbaycan  2020”  proqramın-

da  əsas  hədəflərdən  biri  qeyri-neft  sektorunun  inkişaf 

etdirilməsidir. Bu mənada beynəlxalq nəqliyyat xətlərinin bir 

hissəsi olmağa xüsusi əhəmiyyət verilir. Ələtdə beynəlxalq 

liman  tikilir.  Bu  liman  Şər–Qərb  nəqliyyat  xəttində  va-

cib  rol  oynayacaq.  Ələt  limanı  Qazaxıstanın  Aktau  və 

Türkmənistanın  Türkmənbaşı limanları vasitəsilə Asiyanın 

nəqliyyat  xətlərinə  qoşulacaq.  Bu  üç  liman  və  Türkiyənin 

Samsun  limanı  qardaşlaşmış  limanlardır.  Bu  limanlar  BTQ 

2

014-cü il erməni məsələsində tərəflərin bir-birinə dəstəyi 



baxımından  da  əhəmiyyətli  il  olmuşdur.  Həm  ikitərəfli 

görüşlərdə,  həm  də  beynəlxalq  tədbirlərdə  dövlətlərimiz  bu 

məsələdə  bir-birinə  dəstəklərini  ifadə  etmişlər.  Aprel  ayın-

da  keçirilən  “Şərq  tərəfdaşlığı”  Zirvəsində  Ermənistan  pre-

zidenti  S.Sarkisyan  bütün  çıxışını  1915-ci  il  hadisələrinə 

həsr  etdi.  Buna  cavab  olaraq  Azərbaycan  Respublikasının 

Prezidenti  İlham  Əliyevin"  Türkiyə  burda  yoxdur.  Amma 

mən  burdayam  və  sizin  cavabınızı  verəcəyəm"  sözləri 

Türkiyə–Azərbaycan  dostluğuna  böyük  dəstək  verdi. 




Yüklə 4,06 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin