48
EcoVision
XRONOLOGİYA
2 yanvar
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov
Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq nazi-
ri Mehdi Ekerin dəvəti ilə qardaş ölkədə olub. Türkiyəli
nazir aqrar sahədə Azərbaycanla bir sıra layihələr həyata
keçirildiyini vurğulayıb və bu əməkdaşlığın BMT Ərzaq
Proqramının Ankaradakı Regional Mərkəzindəki layihələr
çərçivəsində davam etməsinin zəruriliyini söyləyib.
19 fevral
Gəncə şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xa-
rici işlər nazirləri Elmar Məmmədyarovun, Əhməd Davud-
oğlunun və Maya Pancikidzenin iştirakı ilə üçtərəfli görüş
keçirilib. Görüşdə ölkələrimiz arasındakı münasibətlər və
regional əməkdaşlıq məsələləri müzakirə edilib.
14 mart
Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin
üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyənin Van
şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri El-
mar Məmmədyarov həmkarı Əhməd Davudoğlu ilə görü-
şüb.
2 aprel
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özelin başçılıq etdi-
yi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla
Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bü-
tün istiqamətlərdə, o cümlədən hərbi-texniki sahədə uğurla
inkişaf etdiyi vurğulanıb, ölkələrimiz arasında hərbi-texniki
əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fi-
kir mübadiləsi aparılıb.
4 aprel
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar
səfərdə olan Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanla
görüşüb. Görüşdə ölkələrimiz arasında dostluq və qar-
daşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat
sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından
məmnunluq ifadə olunub. Bu səfərin ölkələrimiz arasında
ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından
önəmi qeyd edilib.
4 aprel
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qo-
şunlarının komandanı general-leytenant Elçin Quli-
yev Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdet Özeli
qəbul edib. Müzakirələr zamanı sərhədlərin təhlükəsizliyinin
möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması,
birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın
daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
26 may
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğ-
lunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev xarici işlər nazirləri səviyyəsində
keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın
müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər
sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin
müzakirəsi üçün səmərəli bir format olduğunu vurğuladı.
26 may
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Türkiyə Respublikasının daxili işlər naziri Efkan Alanı qəbul
etmişdir. Efkan Alanı Türkiyə Respublikasının daxili işlər na-
ziri təyin olunması münasibətilə təbrik edən dövlətimizin
başçısı ölkələrimizin Daxili İşlər nazirlikləri arasında möv-
cud sıx əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə
ümidvar olduğunu bildirdi.
26 may
Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri El-
mar Məmmədyarovun, Türkiyə Respublikasının xarici işlər
naziri Əhməd Davudoğlunun və Türkmənistanın xarici işlər
naziri Rəşid Meredovun birinci üçtərəfli görüşü keçirilmiş-
dir.
27 may
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət
Məmmədov respublikamızda səfərdə olan Türkiyənin daxili
işlər naziri Efkan Alanın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
5 iyun
Bodrumda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-
nın IV Zirvə Toplantısı başa çatdıqdan sonra Azərbaycan,
Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü
olub. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
IV Zirvə Toplantısının xalqlarımız və ölkələrimiz arasında
əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi
bildirilib.
7-11 iyun
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant
Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun
7-dən 11-dək Türkiyə Respublikasında səfərdə olub.
13 iyun
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Bö-
yük Millət Məclisinin Sədri Cəmil Çiçəyin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla
Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bü-
tün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olun-
du, enerji, nəqliyyat, birgə layihələr və digər istiqamətlərdə
əməkdaşlığımızın yüksək səviyyədə olduğu bildirildi, Türk-
dilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Toplantısı za-
manı dövlət başçıları arasında keçirilən yüksək səviyyəli
görüşlərin əhəmiyyəti vurğulandı, ölkələrimizin bütün
beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək vermələrinin
önəmi qeyd olundu.
11 iyul
Ankarada
Azərbaycan–Türkiyə
Hökumətlərarası
Müştərək İqtisadi Komissiyanın 7-ci iclası keçirilib. Türkiyə
Dostları ilə paylaş: |