Biz gül əkib, gül becərib, gül umduq, Niyə alaq, ot göyərib bu yurdda? Nə tilsimdi, nə cadudu görəsən, Su quruyub, ot göyərib bu yurdda? Mat qalmışam, yoxdu canda hənirti, Heç göyərmir umduğumuz göyərti. İnsan verməliydi axı cücərti, Cin, fərişdə-zad göyərib bu yurdda. Bu dünyanın sirri varmış nə yaman, Qorxmaq gərək bu sehirdən, ay aman! Bu torpaq müsəlman, toxum müsəlman, Bəs niyə bədzad göyərib bu yurdda?
Şiruyənin mərhum qardaşları Nəbi və İmanın xatirəsinə
həsr etdiyi “Qardaşlarım” və “Qalmasın” şeir – ağılarını
oxumaq kifayət edir ki, onun içində mürgüləyən həssas və
kövrək duyğuları, göz yaşına bələnmiş dərdini-sərini duya-
san və hiss edəsən ki, Sərraf Şiruyənin kədəri nə deməkdir.
Zənnimcə, şairləri şair edən səbəblərdən biri də təbiətin
və məhəbbətin gözəlliyidir. Şiruyə ömrünün indiki çağında
da təbiətdən və məhəbbətdən elə hərisliklə, çılğınlıqla yazır
ki, görməyənlər deyər: “Bu şairin bığ yeri təzəcə tərləyir”.
(Şiruyə elə beləcə də var).