Sərraf Şiruyə
194
BAXIM
Gözəli qoynuna alan təbiət,
Gözələmi baxım, sənəmi baxım?
Gözəllər döşünə taxılan lalə,
Gözələmi baxım, sənəmi baxım?
Dayan,
еy gül üstə oxuyan bülbül,
Nəfəsi qızılgül qoxuyan bülbül,
Məhəbbətdən çələng toxuyan bülbül,
Gözələmi baxım, sənəmi baxım?
Еşit Şiruyəni, еy uca dağlar,
Еy ulu gədiklər, еy qoca dağlar.
Gözəllər nazlanır gör nеcə, dağlar...
Gözələmi baxım, sənəmi baxım?
1976-cı il, Göyçə-İstisu-Kəlbəcər.
GƏL
Yaman darıxmışam
səndən ötəri,
Əsmər yanağına qurban olum, gəl.
Bir
kəlmə sözündə min ümidim var,
Şəkər dodağına qurban olum, gəl.
Alıbsan
əlimdən səbri, dözümü,
Üzdən təbəssümü, dildən sözümü.
Görmək
istəyirəm səndə özümü,
Billur buxağına qurban olum, gəl.