Sərraf Şiruyə
238
BİLSƏM
Qoruna
bilərəm yad kimsələrdən,
Özümü-özümdən qoruya bilsəm.
Aqil sayılaram eldə, obada,
Başımı sözümdən qoruya bilsəm.
İsmətdən salıbdı
zaman üzləri,
Yola
gətirəydi güman, üzləri,
Qoçağam, bedasıl, yaman üzləri,
Tanıyıb, üzümdən qoruya bilsəm.
Sərraf Şiruyəyəm, ömür-gün yarı,
Heyif ki, uzaqdı arzu yolları.
Belə ah çəkməzdim, nanikorları,
Odumdan, közümdən qoruya bilsəm.
KÜSƏRMİ
O dağların güllərindən pay uman,
Çiskinindən, dumanından küsərmi?
Nur saçırsa yaxşıları yoluna,
Qarşı çıxan yamanından küsərmi?
Naz-qəmzə
dediyin bəzək, yaraşıq,
Məzə məclisində yar olar aşıq.
Ötəri
söz üçün həqiqi aşiq,
Can dediyi cananından küsərmi?