Sərraf Şiruyə
96
Yola gəlin, bəd əməllər, utanın,
Adı nədi dostu, yarı satanın?
Mənim əzizlərim, bəxti yatanın
Nə ümidi, nə gümanı qalarmış.
Ay Şiruyə, qədrini bil Vətənin,
Ağıldı bəzəyi başın, bədənin.
Ömür-gün yolundan gəlib gedənin,
Bir yaxşısı, bir yamanı qalarmış.
TƏRİFLƏR
Ataların bir sözü var, əzizim:
Ağıllılar öz atını təriflər.
Öz-özünə bəzək vurar axmaqlar,
Yarımçıqlar arvadını təriflər.
Səxalılar insaf, mürvət gözləyər,
Təmiz ad, pak namus, hörmət gözləyər,
Qanan insan eldən qiymət gözləyər,
Qanmaz insan hər zadını təriflər.
Şiruyəni əgər dərin duyasız,
İnanmıram söhbətindən doyasız.
Nə utanar, nə çəkinər həyasız,
Adı batmış öz adını təriflər.
|