Yolun hərəkət hissəsində nəqliyyat vasitələrinin yerləşməsi I. Normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı
olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış
məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə
işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu
halda sol zolaqlarla hərəkət etmək qadağandır.
II. Hər istiqamətdə azı iki hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında
qarşıdan hərəkət üçün nəzərdə tutulmuş tərəfə keçmək qadağandır.
III. Üç hərəkət zolağı olan ikitərəfli hərəkət yollarında nəqliyyat vasitələri yolun
hərəkət hissəsinin mərkəzində yerləşən və hər iki istiqamət üçün sol kənar hesab
olunan orta zolağa keçməməlidirlər. Orta zolağa keçməyə yalnız ötmə, yandan
keçmə
və
sola,
yaxud
geriyə
dönmə
üçün
icazə
verilir.
IV. Eyni istiqamətdə azı iki hərəkət zolağı olan yolda tramvay yolları olduqda,
tramvay yollarına çıxmaq qadağandır. Başqa yollarda nəqliyyat vasitələrinin
sürücüləri tramvay yaxınlaşarkən, imkan olan kimi tramvay xəttini boşaltmalıdırlar.
V. Eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda nəqliyyat
vasitələrinin bütün hərəkət zolaqlarını tutduqları intensiv hərəkət vaxtı asta gedən
nəqliyyat vasitələri yalnız sağ kənar zolaqla hərəkət etməli, tam kütləsi 3,5 tondan
çox olan nəqliyyat vasitələri isə həmin istiqamətdə sol kənar hərəkət zolağını
tutmamalıdır; hərəkət istiqamətini sola dəyişmək və ya dönmə halları istisna təşkil
edir.
VI. Nəqliyyat vasitələrinin sürücüləri intensiv hərəkət vaxtı yalnız sola və ya
sağa dönmək, ötməyə hazırlaşmaq, hərəkəti düzünə istiqamətdə davam etdirmək,
dayanacağa və ya duracağa çıxmaq üçün olduqları hərəkət zolağını qaydalara əməl
etməklə dəyişə bilərlər.