Azərbaycan mağlarının başda durduğu bir dövlət, böyük bir imperiya olmuşdur (12,249).
Mağlar dünyanın və Azərbaycanın ən qədim tayfalarından biri olmuşdur. Mağların vətəni indi
bir hissəsi Şimalda, bir hissəsi Cənubi Azərbaycan ərazisində olan Muğan olmuşdur.
Qədim dünyanın ən bacarıqlı adamları olan babalarımız mağlar xüsusi hərəkətlər və
sözlərlə insanlara təsir etmişlər.
Mağların
dini totemlərdən, animızmdən, fetişizmdən mütərəqqi olub, tədricən səma
allahlarına və oradan təkallahlığa aparan yolun ən mühüm nöqtəsində dayanmışdı. İnsanlar
arasında təbiətə, aya, günə, ulduzlara, torpağa, suya sitayiş güclənmiş, nəslin,
qəbilənin
başçısına sitayiş ilahi qüvvələrə-allahlara sitayişə çevrilmişdir. Təsviri incəsənətin inkişafında
da mağların böyük rolu olmuşdur. Mağlarla bağlı bütün izlər də Azərbaycandadır.
Deməli, Azərbaycan ərazisi ən qədim yaradıcı insanların məskəni olmuşdur. Şumerlər
çoxallahlı idilər. Çoxallahlılıq magiyadan sonrakı hadisədirsə, deməli, mağ mədəniyyəti daha
qədimdir və mağlar Şumer mədəniyyətinin inkişafına təkan verə bilmişdir. E .ə. IV əsrdə
Şimali Azərbaycanda Albaniya, cənubda Atropatena dövləti yarandı.
Q. Kazımovun fikrincə mağ və qam sözləri bir kökdəndir. Qamlar maqların sonrakı
nəsilləridir. Herodot Qa(u)matanın mağ olduğunu qeyd edir. KAHin sözünün də
formalaşmasına səbəb olmuşdur. Deməli, “Kitabi-Dədə Qorqud” da Qam Gan oğlu xan
Bayındır öz kökünü ulu əcdadları Mada mağlarından almışdır. (12, 264)
Diogen yunan mənbələrinə ( Ərəstunun “Maqlar haqqında”, Dionun “Tarix” əsərinin
V kitabına və Hermodora) əsasən Zərdüştün ulduzlara sitayiş etdiyini söyləyir: “Onlar
cadugərliklə məşğul deyildilər, maqların əvvəlincisi ulduzlara sitayiş edən Zərdüşt olmuşdur”
(29,65).
Bakının simvoluna çevrilmiş, əfsanəvi, sirli Qız qalası -
İçəri şəhər kompleksi kahin maqların min illər boyu gizli saxladıqları Yaranış və Kainat
haqqında fəlsəfi baxışları özündə əks etdirən sənət möcüzəsidir (5,36).
Tədqiqatçılar Qız Qalasının tarixi təyinatının, arxitekturasının sirlərini açmağa
çalışmış, bir qismi onun yaranışını kosmosla bağlayır, digərləri isə ulu babalarımızın kosmik
düşüncələrinin məhsulu kimi qəbul edirlər. Istənilən halda Qız qalası - İçəri
şəhər abidə
kompleksi yüksək mədəniyyətin, eyni zamanda yazı mədəniyyətinin tərkib hissəsi kimi
möhtəşəm abidədir.
İçəri şəhər və Qız qalası Ulduzlu
göyün simvolu kimi yaranıb. Bu ideya əvvəlcə onun yaradıcılarının fikir və düşüncələrində
yaranıb, Qobustan qayalarında əks olunub. Qobustandakı Ulduz hərflərin işarələrinin 15 olması
faktı buna tam əsas verir: “ Bu inam və etiqadın kökləri də “Avesta”ya gedib çıxır.
İçəri
şəhərin 14 qala bürcü və 15-ci bürcün Qız qalası olması; hələ Xəzərin ləpələri Qız qalasının
divarlarını döyəclədiyi vaxtlarda Qız qalası və İçəri şəhərin əksi dənizdə bütövləşəndə 14 qala
bürcünün dənizdəki əksi ilə birlikdə 28 olması da kosmik düşüncələrin məhsuludur: Ayın 28
gün ərzində öz səyahətini başa vurması, Qız qalasının 28 metr hündürlükdə olması, adının Qız
(Venera) planeti ilə bağlı olması və s. (5,8). Deyilənlərə görə Qız qalası ilk əvvəl rəsədxana
kimi nəzərdə tutulub, hətta onun yad planetlilər tərəfindən tikildiyi də söylənilir. Zərdüştü,
zərdüştlüyü bu torpağın yetişdirməsindən xəbər verir. Odlar
yurdu adlanan Azərbaycan da
sanki zərdüştlüklə yoğrulub.
Yuxarıdan baxarkən Qız qalasının 9, “buta” formasında olması ulu əcdadlarımızın
kosmik düşüncələrinin modeli, yaradılış abidəsinin simvolu kimi heyrət doğurur. Qala
qapısının üstündə iki şir və ortada bir öküzün təsviri verilib. Martın 21-də öküz bürcünün
döyüşdə öz yerini şir bürcünə təhvil verməsi (qışın yaza təslim olması) Qobustanda Novruz
bayramı səhnəsində də təsvir olunub. Bu təbiət hadisəsi şumer qəhrəmanlıq dastanı “Enmerkar
və Aratta ölkəsi”, “Kitabi-Dədə Qorqud”da da əks olunub. Bütün bu faktlar, bir-birini izləyən
və bir-birini tamamlayan bu piktoqrafik yazı işarələrinə Azərbaycanın bir çox yerlərində rast
gəlinməsi; abidələrdə, dastanlarda əksi möcüzələrlə dolu, sirli yazı mədəniyyətinin bu ərazinin
əzəli sakinlərinə məxsus olduğunu təsdiq edir. Sirrini qorumaq, başqalarından gizlətmək qədim
yazılı abidələrimizin sanki başlıca səciyyəvi xüsusiyyəti olub. “Avesta”nın qoruyucuları
mağlar da çox mühafizəkar idilər, sanki onlar “zərdüştlüyün Qərbdə yayılmasına ciddi
müqavimət göstərirdilər” (18,61). Buna görə mühafizəkar və məharətli mağlar artıq
təkmilləşmiş Şumer mixi yazıları əsasında “Avesta”nın özünəməxsus əlifbasını yaradırlar. Bu
da yazı mədəniyyətinin yüksək göstəricisidir.
Əbu
Reyhan Biruni
“Avesta”nın yaradıcıları olan mühafizəkar mağların “başqalarının bu kitabdan bilik alma
imkanı olmasın deyə, hərflərin sayı bütün başqa dillərin hərflərinin sayını ötüb keçir” –
demişdir (18, 206).
“Kitabi-Dədə Qorqud”da oğuzların da soykökü,
mənsubiyyəti, inamı, etiqadı məxfidir, şifrələnib. Qazan xan öz soyunun “Ağ qayanın
qaplanının erkəyinə”; “Ağ sazın (gölün) aslanına”; “əzvay qurd əniyinin erkəyinə”; “Ağ sunqur
quşu erkəyinə” mənsub olduğunu söyləyir.
Nağıllarımızda da sehrli 40
qapını açmaq, qaranlıq dünyadan işıqlı dünyaya çıxmaq bu düşüncənin təzahürü və davamıdır.
Bu sirlər, işarələr N.Gəncəvi yaradıcılığında da davam edir. N. Gəncəvinin “İsgəndərnamə”
poemasında makedoniyalı İsgəndər ruslarla üç dəfə döyüşür, halbuki tarixdən İsgəndərin
ruslarla döyüşü məlum deyil. N.Gəncəvi yaradıcılığının təxəyyülünün məhsulu olan bu faktlar
nəyə işarə edirdi? Nizami hələ öz sağlığında uzaqgörənliklə “Xosrov və Şirin” poemasında
məzarının tamamilə uçub dağılacağını xəbər vermişdir. Isgəndər bəy Münşi “Aləmarayi –
Əbbası”əsərində yazır ki, 1014 – cü ildən (yəni 1606 – cı il) Nizaminin məzarı
tamamilə
baxımsız qaldı.
Gəmiqaya-Qobustan işarələrinin – hərflərin
məzmunu sirlidir, sanki şifrələnib. Bu sirlərlə dolu möcüzə bizim dilimizin səslərinin
ahəngində, musiqidə, memarlıqda, xalçaçılıqda, rəqslərdə əks olunub. Yalnız türk düşüncəsinin
genetik daşıyıcıları olan xalq bu gizli kodları – piktoqrafları, səslərin harmoniyasını, ecazkar
musiqini – muğamlarımızı, xalçalarımızdakı naxışların sirlərini, rəqslərimizdəki mənanı duya
bilər. Zənnimizcə, müasir dövrümüzdə xalçalarımız, rəqslərimiz qədər gen yaddaşımızın, etnik
düşüncə və soykökümüzün bu sirli möcüzələri olan naxışları və işarələri – piktoqrafları özündə
yaşadan və təbliğ edən başqa ecazkar qüvvə yoxdur. Başqa xalqlar nə xalçalarımızı, nə də
rəqslərimizi “oxuya” bilir, “sirrini” bilir. Azərbaycan xalçaları qədim yazı
mədəniyyətinin
daşıyıcıları, tərkib hissəsidir.
Dostları ilə paylaş: