Azərbaycanda yazı – həkketmə mədəniyyəti çox qədimdən yüksək inkişaf
səviyyəsinə çatmışdır və Azərbaycan ərazisində hətta yazı-həkketmə mədəniyyətinin fərqli
üsullarına rast gəlinir. Gəmiqaya-Qobustan, Kəlbəcər qayalarında yazılar
oyma (qazıma) üsulu ilə yazılıb. 1998-ci ildə Naxçıvanın Dəmirçi kəndində tapılmış daşlarda – abidələrdə isə
qabartma üsulu ilə yazılıb. Bu yazı – həkketmə mədəniyyətinin çox qədimdən yüksək
inkişafının göstəricisidir.
Beləliklə, çox qədim və yüksək mədəniyyət nümunəsi olan Azərbaycan yazı
mədəniyyəti başqa türk yazılı abidələrindən “müasirliyi” ilə seçilsə də, çox qədim və yüksək
mədəniyyət nümunələri kimi, eyni zamanda yüksək intellektin, dərin məzmunun, incə zövqün
abidəsidir.
Şumer, Gəmiqaya-Qobustan, Kəlbəcər, qədim Alban
əlifbası türk düşüncəsinin məhsuludur və “türkcə” düşünmədən onları başa düşmək, düzgün
oxumaq olmaz. Necə ki, Kəlbəcərin qaya rəsmləri və yazı işarələrini “erməni əlifbası” kimi
təqdim edən bir erməni doktorluq dissertasiyası edərkən rus alimləri ona etiraz edir, bu yazı
işarələrinin mövcud erməni əlifbasına qətiyyən oxşamadığını, “ermənicə” oxunmadığını
bildirirlər. Qədim yazı nümunələri yalnız qayalar, daşlar, gil lövhələr, gümüş, qızıl qablar
üzərində həkk olunmayıb. Dövlətlər, xalqlar arasındakı əlaqə və münasibətlərin, tarixi və
mədəni inkişafın yazıya alınması üçün daha çox dəri, parça və kağızdan istifadə olunub.
Zaman-zaman fələyin rüzgarları əsdikcə tarixin qaranlıq və dərin qatlarında (bəlkə də taleyin
hökmü ilə yadelli işğalçılardan gizlətmək üçün) itib-batmış sal daşlar, qızıl, gümüş qablar
üzərində, kitabələrdə, gil lövhələrdə türkün tarixini əks etdirən zəngin mədəniyyətin
nümunələri gəlib üzə çıxır, bizə çatır. Bunlar qədim türk yazı mədəniyyəti nümunələrinin çox
cuzi hissəsidir. Qədim əlifba ilə yazılmış nə qədər tarix kitabları, bədii əsərlər və s. yadelli
işğalçılar tərəfindən məhv edilib, talan edilərək aparılıb. Bu talanlar neçə minilliklərdir davam
edir.
Strabonun “Coğrafiya”, Arrian, Plutarx və
Diodorun əsərlərindən, M. Kaşğarlının “Divan”ındakı hekayələrdən məlum olur ki,